LOTARDİ 250

11.80 AZN
Təsvir İstifadə qaydası Tərkibi
LOTARDİ 250
XÜSUSİYYƏTLƏRİ:

Lotardi 250 diareyanı aradan qaldırır, bağırsaq mikroflorasını bərpa edir və antiseptik, antimikrob, antitoksik,

antisekretor, immunoloji, iltihabəleyhinə, bərpaedici və göbələk əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusiyyət

Lotardi 250-nin tərkibinə daxil olan Saccharomyces boulardii maya göbələklərinin Clostridium difficile,

Clostridium pneumoniae, Staphylococcus aureus, Pseudomonas aeruginosa, Candida krusei, Candida

pseudotropical, Candida albicans, Salmonella typhi, Salmonella enteritidis, Escherichia coli, Shigella

dysenteriae, Shigella flexneri, Klebsiella, Proteus, Vibrio cholerae, Enthamoeba hystolitica, Lambliae;

Enterovirus, Rotarvirus kimi bağırsaq biosenozunu pozan patogen və şərti patogen mikroorqanizm və

göbələklərin artmasının qarşısını almaq özəlliyi ilə izah edilir. Lotardi 250-nin tərkibinə daxil olan

Saccharomyces boulardii maya göbələkləri qana sorulmur, bağırsaqda qalmır, 2-5 gün ərzində bağırsaqdan

xaric edilir və 500-ə yaxın patogen bakteriyanı birləşdirərək orqanizmdən çıxarır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Lotardi 250 diareya simptomlarının azaldırlması və bağırsaq mikroflorasını bərpa etmək məqsədi ilənövbəti

hallrda qəbul edilir:

-  Uşaqlarda və böyüklərdə kəskin diareya;

-  Antibiotiklərin qəbulu ilə əlaqədar yaranmış kolit və diareya;

-  Qıcıqlanmış yoğun bağırsaq sindromu;

-  Psevdomembranoz kolit və Clostridium difficile-nin törədicisi olduğu xəstəliklər və təkrar infeksiyalar;

-  Qurd əleyhinə müalicədən sonra profilaktika məqsədilə ilə;

-  Səyahətçi diareyası.

İSTİFADƏ QAYDASI:

Kəskin diareya zamanı:

Böyüklər – 2 kapsul gündə 2 dəfə, 8-10 gün müddətində;

1 yaşdan kiçik uşaqlar – 1 kapsul gündə 1 dəfə, 5-7 gün müddətində;

1 yaşdan böyük uşaqlar – 2 kapsul gündə 1 dəfə, 5-6 gün müddətində;

Uşaqlarda istifadəsi zamanı kapsulun içindəki tozu körpənin qidasına, südünə və ya suya qatıb vermək tövsiyə

edilir.

Antibiotiklərin qəbulu ilə əlaqədar yaranan kolit və diareya zamanı:

Böyüklər – 2 kapsul gündə 1-2 dəfə, antibiotikoterapiya zamanı və antibiotikoterapiyadan sonra 3-14 gün

müddətində;

Uşaqlar – 2 kapsul gündə 1 dəfə, antibiotikoterapiya zamanı və antibiotikoterapiyadan sonra 7-9 gün

müddətində.

Qıcıqlanmış yoğun bağırsaq sindromu zamanı:

Böyüklər – 2 kapsul gündə 1 dəfə, 10-14 gün müddətində.

Səyahətçi diareyası zamanı:

Böyüklər – 2 kapsuldan gündə 2 dəfə səyahətə çıxmazdan əvvəl 5 gün müddətində və 8-30 gün səyahət

zamanı.

Kapsulları su ilə qəbul etmək məsləhətdir. Eləcə də, Lotardi 250-ün qəbul zamanı sağlam qida rasionuna

üstünlük vermək və heyvanın yağların, şirniyyatın və alkoholun qəbulunu məhdudlaşdırmaq tövsiyə edilir.

1 kapsulun tərkibinə daxildir: 250 mq Saccharomyces buolardi ( liofilizə olunmuş hüceyrələr ). Bir kapsuldakı

ümumi sayı bakteriyaların ümumi sayı 5 X 10
9.

Köməkçi maddələr: lotardi 250: Neytral pelletlər. Jelatin kapsul üçün: jelatin, titan dioksid.