BLU GEL A

16.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
BLU GEL A
İSTİFADƏSİNƏ GÖSTƏRİŞ:

Buynuz qişanı qorumaq üçün göz yaşı əvəzedicisidir ( və ya “Buynuz qişanı səthini qorumaq üçün lakrimal

əlavə” ). Gözdə aşağıdakı səbəblərdən baş verən diskomfort hissini uzunmüddətli aradan qaldıraraq,

nəmləndirici, qoruyucu və lubrikant təsir göstərir: 

-  Mexaniki stress: məs: kontakt linzaların istifadəsi zamanı və ya sonra, oftalmoloji cərrahi müdaxilə və ya

diaqnostik prosedurlar zamanı;

-  Kornea-konyuktival nəmlənmənin olmaması.

İSTİFADƏ QAYDASI:

Konyuktiva kisəsinə 1-2 damcı gündə 2-3 dəfə və ya həkimin təyinatına əsasən damızdırılır. Həmçinin kontakt

linza istifadəsi zamanı da məhsulu damızdırmaq olar.

ƏKS GÖSTƏRİŞLƏR:

Məhsulun tərkindəki inqrediyentlərə qarşı yüksək həssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ:

-  Məhsul qapağı açılanadək sterildir;

-  İstifadə etdikdən sonra məhsulun qapağını kip bağlamaq lazımdır;

-  Məhlulun çirklənməsinin qarşısını almaq üçün pipetkanın gözə və digər səthlərə təmas etməsinə yol

verilməməlidir;

-  Flakon açıldıqdan sonra məhsulu 90 gündən çox istifadə etmək olmaz;

-  Flakonun üzərində göstərilmiş son istifadə tarixi keçdikdən sonra məhsulu istifadə etmək olmaz;

-  250 C-dən aşağı temperaturunda saxlanmalıdır;

-  İstilik mənbəyindən uzaqda saxlanmalıdır;

-  Flakon zədələnmişdirsə məhsulu istifadə etmək olmaz;

-  Daxilə qəbul etmək olmaz;

-  Məhsul yalnız xaricə, otalmoloji məqsədlə istifadə edilir;

-  Başqa bir oftalmoloji məhlulla birgə istifadə edildiyi halda, həkimlə məsləhətləşmək lazımdır;

-  Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Məhsulun istifadəsindən sonra xoşagəlməz təsir müşahidə olunmayıb. Əgər hər hansı əlavə təsir müşahidə

olunarsa, məhsulun istifadəsinin dayandırıb, həkimə müraciət etmək lazımdır.
Hialuron turşusunun natrium duzu – 0,300 q;

N-hidroksimetilqlisinat – 0,002 q;

Natrium edetat – 0,100 q;

L-prolin – 0,0752 q;

L-qlisin – 0,100 q;

L-lizin hidroxlorid – 0,014 q;

L-leysin – 0,0108 q;

İzotonik buffer məhlulu ( pH 7,2 ) – q.s 100 ml.