URONEFRON

17.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
URONEFRON
İSTİFADƏ QAYDALARI:

Sidik daşı xəstəliyini müşayiət edən sidik ifrazı sisteminin yoluxma və soyuqdəymə xəstəliklərinin kompleks

müalicəsində, sidik daşı xəstəliyinin residivinin profilaktikası. Uşaqlar 15 yaşına qədər uşaqların istifadə

təcrübəsi

yoxdur, buna görə də bu yaş kateqoriyasından olan uşaqlara bu dərmanı təyin etmək olmaz.

İSTİFADƏ QAYDASI VƏ DOZA:

Yaşlılar və 15 yaşından yuxarı uşaqlar daxilə qəbul edir. 100 ml ( ½ stəkan ) qaynanmış isti suda həll edib

gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir. Müalicə kursu 2 həftədən 6 həftəyə qədərdir. Müalicə kursunun nə

qədər davam edəcəyini həkim təyin edir. Zərurət halında müalicə kursunu təkrarlamaq olar. Dozadan artıq

istifadə etmə. Urenefronun dozadan artıq istifadə edilməsi halları haqqında məlumat verilmişdir.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkib hissələrinə qarşı həssaslıq.

KƏNAR EFFEKTLƏR:

Allergik reaksiyaların olması mümkündür, şüalara qarşı yüksək həssaslıq olduğu zaman fotosensibilizasiya, bəzi

hallarda ürək bulanması, dad bilmə qabiliyyətinin pozulması mümkündür.

Təsiredici maddə: 1 flakonun tərkibində ayrıq kökləri, Ağcaqayın yarpaqları, Boyotu toxumları, Cəfəri kökləri,

Qızılsəbətin otu, Çöl qatırquyruğunun otu, Düyün otu, Salamotu kökləri, 1 ml preparatda 27 damcıvardır.

Yardımçı maddə: etilparahidroksibenzoat ( E214 ).

Forması: damcı.

Sarımtıl və ya yaşımtəl çalarlı tünd qəhvəyi rəngli maye.

Yüngül tutqunluğa və xırda presipitata yol verilir.

Sidik konkretemtlərinin əriməsinə kömək edən vasitələr.

Uronefron bitki mənşəli kombinə olunmuş preparatdır. İltihab əleyhinə, sidikqovucu və antimikrob təsir göstərir.

Sidikqovucu təsir flavon törəmələrindən, inozitdən, saponinlərdən və silikatlardan irəli gəlir. Sonuncular həm də

böyrəklərdə urat çöküntüləri zamanı sidik turşusunun xaric olmasını gücləndirir.