TROYASED

20.30 AZN
Təsvir İstifadə qaydası Tərkibi
TROYASED
FARMAKOLOJİ QRUPU:

Kombinə olunmuş sedativ preparat.

İSTİFADƏSİNƏ DAİR GÖSTƏRİŞLƏR:

-  Əsəbi gərginlik, qorxu-həyəcan, depressiya, əqli yorğunluq, davranış və koqnitiv pozğunluqlarla müşayiət

olunan hallar ( nevroz və nevrozabənzər pozğunluqlar );

-  Yuxu tsiklinin pozğunluqları ( yuxuya getmə problemi, tez-tez oyanmalar, səthi yuxu, yuxu rejiminin düzgün

seçilməməsi );

-  Ürək fəaliyyətinin funksional pozğunluqları ( vegeto-damar distoniyası, somatonevrotik paroksizmlər,

kardionevroz, simptomatik hipertoniya, səyrici aritmiya və paroksizmal taxikardiya );

-  Klimakterik sindrom və predmenstrual sindrom;

-  İşemik insult, neyroinfeksiyalar və kəllə beyin travmalarının kompleks müalicəsi.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkim başqa cür təyinat verməzsə, Troyased yeməkdən sonra 1 həbdən gündə 1-2 dəfə daxilə qəbul edilir.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövrü.

Nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Troyased – sakitləşdirici təsirə sahid olduğu səbəbiylə nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri

idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ:

İfrat yuxululuq kimi yüksək həssaslıq reaksiyaları meydana çıxa bilər. Əgər əlavə təsirlər meydana çıxarsa

preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Qeyd: preparatının istifadəsi barədə təlimatda göstərilmiş istənilən əlavə təsir müşahidə olunduqda bu barədə

həkim və ya əczaçıya məlumat verilməlidir.

1 kapsulun tərkibi:

Melatonin – 5 mq;

Passiflora ekstraktı – 100 mq;

Pişikotu ekstraktı – 150 mq;

Maya sarmaşığı ekstraktı – 70 mq;

Dazıotu ekstraktı – 50 mq;

Maqnezium – 150 mq;

B6 Vitamini – 5 mq.