NOSETİN

20.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NOSETİN

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

QEYT – nootrop xüsusiyyətli, həmçinin neyronlar arasında sinir impulslarının ötürülməsini təmin edən

aminturşu təbiətli neyromediatordur. Baş beynin metabolizmində yaxından iştirak edən ifrat oyanma

proseslərinə tormozlayıcı təsiri ilə tanınan maddədir. Sərbəst radikallar, salisilatların uzun müddət qəbulu, qida

rasionunun keyfiyyət göstəricilərinin aşağı olması, o cümlədən qida məhsullarına əlavə olunan dadlandıcılar,

konservantlar, rəngləndiricilər və s. mənfi faktorlar orqanizm tərəfindən bu aminturşunun yetərincə istehsal

olunmamasına gətirib çıxarır. Nəticədə sinir sisteminin oyanıqlığı, daxili gərginlik, başgicəllənmə, yuxusuzluq,

qıcolmalar və təvəkkür defisiti formalaşır.

B1 vitamini – sinir sisteminin enerji ilə təminatına, impulsalırn ötürülməsi və əqli fəaliyyətə nəzarət edən əsas

vitamin sayılır. Neyronların membran strukturunun formalaşmasında, sinir liflərinin regenerasiyasında və

aksonal ötürmə prosesində yaxından iştirak edir.


İSTİFADƏSİNƏ DAİR GÖSTƏRİŞLƏR:

-  Əqli fəaliyyətin pozğunluğu ( diqqət və yaddaşın zəifləməsi, tanıma və dərketmə pozğunluğu, davranış

defisiti və emosional labillik ), başağrı, başgicəllənmə, əsəbilik, yuxu pozğunluqları, görmənin və eşitmənin

zəifləməsi, qulaqda küy, hərəki aktivliyin zəifləməsi, tez yorulma ilə müşayiət olunan serebrovaskulyar

çatmamazlıq;

-  Adaptasiya, diqqət, yaddaş, təhsil ilə əlaqəli problemlər;

-  Kəllə beyin travmalarının və neyroinfeksiyaların kompleks müalicəsi;

-  İşemik insultun kompleks müalicəsi;

-  Dismetabolik ensefalopatiya ( qaraciyər, böyrək və endokrin xəstəliklər );

-  Baş beyin degenerativ xəstəliklərinə məxsus psioorqanik sindrom;

-  Multiinfrakt demensiya ( yaşlı şəxslərin ağıl zəifliyi );

-  Alkoqol və narkotik asılılığın kompleks müalicəsi.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkimin xüsusi təyinatı istisna olmaqla, Nosetin yeməkdən 1 saat sonra 1 həbdən gündə 1 dəfə qəbul edilir.


ƏKS-GÖSTƏRİŞLƏR:


Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.


ƏLAVƏ TƏSİRLƏRİ:

Əlavə təsir müşahidə olunmayıb.

Qeyd: preparatın istifadəsi barədə təlimatda göstərilməmiş istənilən əlavə təsir müşahidə olunduqda bu barədə

həkim və ya əczaçıya məlumat verilməlidir.

 
1 həbin tərkibi:

Lesitin - 200 mq;

Fosfatidilserin – 150 mq;

QAYT ( qamma amino-yağ turşusu ) – 250 mq;

Qlütamin – 100 mq;

B1 vitamini – 1,5 mq;

B2 vitamini – 1,5 mq;

B6 vitamini – 2 mq;

B9 vitamini ( fol turşusu ) – 300 mkq.


FARMAKOLOJİ QRUPU:


Kompleks neyrotrofik, neyroplastik və nootrop preparat.