NEBUTAMOL

4.62 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NEBUTAMOL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Böyüklərin və 4 yaşdan böyük uşaqların müalicəsi.Preparat kəskin bronxial astma tutmalarının aradan

 qaldırılması, həmçinin ənənvi müalicəyə reaksiya verməyən xroniki obstruktiv bronxiti olan xəstələin

 müalicəsi üçün istifadə olunur.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Anamnezdə preparatın tərkibinə daxil olan istənilən komponentə qarşı yüksək həssaslıq.

Salbutamol inyeksiya üçün dərman formalarının vaxtından əvvəl doğuşların dayandırılmasında istifadə

 olunmasına baxmayaraq,aerozol bu məqsədlə istifadə olunmur. Düşük təhlükəsi salbutamol istifadə

 olunmur.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklər: ( o cümlədən ahıl yaşlı pasiyentlər).

Salbutamolun adi başlanğıc inhalyasion dozası 2,5 mq təşkil edir. O, 5 mq-a qədər artırıla bilər.

 İnhalyasiya gündə 4 dəfə təkrar edilə bilər.

Tənəffüs yollarının ağır obstruksiyası olan böyüklərin müalicəsi üçün doza gündə 40 mq-a qədər artırıla

 bilər, lakin beləmüalicə stasionar şəraitdə ciddi həkim nəzarəti altında aparılmalıdır.

12 yaşdan yuxarı uşaqlar:

Doza böyüklərdə olduğu kimidir.

4 yaşdan 11 yaşa qədər uşaqlar:

Salbutamolun adi başlanğıc inhalyasion dozası 2,5 mq təşkil edir. O, 5 mq-a qədər artırıla bilər.

 İnhalyasiya gündə 4 dəfə təkrar edilə bilər.

4 yaşa qədər uşaqlar üçün preparatın digər dərman formalarından istifadə edilməlidir.


 

ƏLAVƏ TƏSİRLƏRİ:

Aşağıda qeyd edilmiş əlavə təsirlər orqan vəsistemlər üzrə və başvermə tezliklərinə əsasən təsnif

 edilmişdir. Başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez ( 1/10 ), tez-tez ( 1/100 və1/10 ),

 arabir ( 1/1000 və 1/100 ), nadir hallarda ( 1/10000 və 1/1000 ), çox nadir hallarda ( 1/10000 ), tək-tək

 hallar daxil olmaqla.

İmmun sistemdə meydana çıxan əlavə təsirlər:

Çox nadir: angionevrotik ödem, övrə,bronxospazm daxil olmaqla yüksək həssaslıq reaksiyaları,

 hipotenziya vəkollaps.

 

DOZA HƏDDİNİN AŞILMASI:

Sulbutamolun doza həddinin aşılması nəticəsində hipokaliemiya baş verə bilər, ona görə də qan

 zərdabında kaliumun səviyyəsinə nəzarət etmək lazımdır. Qısa müddətli təsirə malik beta-2 aqonistlərin

 yüksək müalicəvi dozalarda istifadəsi zamanı və ya doza həddinin aşılması zamanı laktoasidozun

 meydana çıxması barədə məlumat verilməmişdir, ona görə də qan zərdabında laktatın səviyyəsini

 yoxlamaq lazımdır. Müvafiq olaraq metabolik asidoza nəzarət etmək lazımdır, xüsusilə davamlı və

 sürətlənmiş tənəffüs zamanı, hansı ki,bronxospazm simptomlarının yaxşılaşmasına baxmayaraq,

 güclənir.



Təsiredici maddə: 1 konteynerdə salbutamola nəzərən 2 mq və ya 2,5 mq salbutamol sulfat vardır.

Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su.