AERTAL

16.51 AZN
Təsvir İstifadə qaydası Tərkibi
AERTAL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Dayaq-hərəkət aparatının istənilən zədələnməsi, o cümlədən idman travmaları nəticəsində yaranan bütün növ

terli ağrıların və iltihabın müalicəsi. Preparat dartılma, yüksək gərginlik və ya əzilmə zamanı vətərlərin,

bağların, əzələlərin və oynaqların iltihabını azaltmaq üçün, həmçinin lümbaqonun, əyriboyunluğun və

periartritin müalicəsi üçün istifadə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın təsiredici maddəsinə ( aseklofenak ) və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək

həssaslıq.

-  Preparat anamnezində digər qeyri-steroid iltihabəleyhinə preparatlara ( QSİƏP ) qarşı yüksək həssaslığı olan

pasiyentlərə təyin edilməməlidir. Diklofenakla mümkün çarpaz yüksək həssaslığın təsdiq edilməməsinə

baxmayaraq, bu preparat anamnezində diklofenaka qarşı yüksək həssaslığı olan pasiyentlərə tövsiyə edilmir.

-  Aseklofenak, digər qeyri-steroid iltihabəleyhinə preparatlar kimi, asetilsalisil turşusunun və ya qeyri-steroid

iltihabəleyhinə preparatların astmatik tutmalar, övrə və ya kəskin rinit törətdiyi pasiyentlərə əks göstərişdir.

-  Uşaq yaş dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Yalnız xaricə istifadə üçündür. AERTAL kremini istifadə edərkən okllüzion sarğıdan istifadə tövsiyə edilmir.

Xaricə istifadə etmək üçün AERTAL kremini zədələnmiş sahəyə gündə 3 dəfə yüngül sürtmə hərəkətləri ilə

yaxmaq lazımdır. Yaxılan kremin miqdarı zədələnmiş sahənin ölçüsündən asılıdır: 1,5-2 q AERTAL kremi

təqribən dərinin 5-7 sam səthinə uyğun gəlir. Xaricə istifadə üçün AERTAL kreminin uşaqlarda istifadə təcrübəsi

yoxdur. Uşaqlarda istifadəsi əks göstərişdir. Ahıl yaşlı psiyentlərdə preparatın dozasına düzəliş edilməsi üçün

zərurət yoxdur.

ƏLAVƏ TƏSİRLƏRİ:

Bəzən ( 1/1000-dən 1/100-ə qədər ). Dəridə və dərialtı toxumada baş verən pozğunluqalr: fotohəssaslıq

reaksiyaları, hiperemiya, dəri qaşınması.

Nadir ( 1/10000-dən 1/1000-ə qədər ). Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar: dərinin

qıcıqlanması.

Çox nadir ( 1/10000 ). Bullyoz reaksiyalar ( o cümlədən, Stivens-Conson sindromu və toksik epidermal

nekroliz ).

DOZA HƏDDİNİN AŞMASI:

Bu vaxta qədər aseklofenakın doza həddinin aşılmasının tipik simptomları barədə məlumat yoxdur.

Doza həddinin aşılması zamanı və ya preparatın rəsadüfən daxilə qəbul edilməsi zamanı simptomatik müalicə

aparmaq lazımdır.

Təsiredici maddə: 1,0 q kremin tərkibində 1,0150 q aseklofenak vardır.

Köməkçi maddələr: propilparahidroksibenzoat ( E216 ), metilparahidroksibenzoat ( E218 ), duru parafin,

emulsion mum ( EWA ), təmizlənmiş su.