AMOKSİKLAV 2X1000 MQ

10.22 AZN
Təsvir İstifadə qaydası Tərkibi
AMOKSİKLAV 2X1000 MQ

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Amoksiklav böyüklərdə və uşaqlarda aşağıdakı infeksiyaların müalicəsi üçün göstərişdir:

-       Kəskin bakterial sinusit ( lazımı şəkildə diaqnozlaşdıran );

-       Kəskin orta otit;

-       Xroniki bronxitin kəskinləşməsi ( lazımı şəkildə diaqnozlaşdırılan );

-       Xəstəxanadan kənar pnevmoniya;

-       Sistit;

-       Pielonefrit;

-       Dərinin və yumşaq toxumaların infeksiyaları, əsasən dərialtı hüceyrə toxumasının iltihabı, heyvan dişləməsi və yaraları, 

yayılmış fleqmona ilə digər ağır abssesi;

-       Sümüklərin və oynaqların infeksiyaları, əsasən osteomielit.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın təsiredici və ya köməkçi maddələrinə,həmçinin istənilən penisillinlərə qarşı yüksək həssaslıq.

 Anamnezdə amoksisllin/klavulan turşusunun qəbul edilməsi fonunda sarılıq və ya qaraciyərin digər pozğunluqları.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə qəbul edilir. Konkret infeksiyanın müalicəsi üçün dozanın seçilməsi zamanı aşağıdakı amilləri nəzərə almaq lazımdır.

-       Ehtimal edilən törədicilər və onların antibakterial preparatlara qarşı mümkün olan həssaslığı;

-       İnfeksiyanın ağırlığı və lokalizasiyası;

-       Yaş, kütlə və böyrəklərin funskiyaları.

Böyüklər:

Tövsiyə olunan dozalar:

-       Standart doza ( bütün göstərişlər üçün ) – bir tablet gündə iki dəfə;

-       Daha yüksək doza ( xüsusilə də orta otit, sinusit,aşağı tənəffüs yollarının və sidik çıxarıcı yollarının infeksiyaları kimi 

infeksiyaların müalicəsi üçün ) – bir tablet gündə 3 dəfə;

Yaşlı xəstələr:

Dozanın korreksiyası tələb olunur.

 

ƏLAVƏ TƏSİRLƏR:

İnfeksion və parazitar xəstəliklər:

Tez-tez: dəri və selikli qişaların kandidozu.

Nəməlum tezliklə: qeyri-həssas mikro orqanizmlərin həddindən artıq inkişaf etməsi.

İmmun sistemdə baş verən pozğunluqlar:

Nəməlum tezliklə: angionevrotik ödem,anafilaksiya, zərdab xəstəliyinə bənzər sindrom, allergik vaskulit.

 

DOZA HƏDDİNİN AŞILMASI:

Mədə-bağırsaq simptomlarının inkişafı,su-elektrolit balansının pozulması mümkündür. Bəzən böyrək çatışmazlığına gətirib 

çıxaran amoksisillin-assosiasiya olunmuş kristalluriya halları müşahidə olunmuşdur.

Amoksisillin və klavulan turşusu orqanizmdən hemodializ yolu ilə xaric edilə bilər.


Təsiredici maddələr: hər tabletin tərkibində 875 mq amoksisillin ( trihidrat  şəkilində) və 125 mq klavulan turşusu ( kalium duzu şəkilində ) vardır ( 7:1 nisbətində).

Köməkçi maddələr: kolloidal susuz silisisum dioksid, krospovidon, natrium kroskarmelloza, maqnezium stearat,mikrokristallik sellüloza.