YODALANS

4.07 AZN
Təsvir İstifadə qaydası Tərkibi
YODBALANS
İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Yenidoğulmuş körpələr və azyaşlı uşaqlar: gün ərzində 100-200 mkq yod ( 1 tablet 100 mkq-lıq Yodbalans və

ya 1 tablet 200 mkq-lıq Yodbalans ).

Yeniyetmə və yetkin insanlarda: gün ərzində 100-200 mkq yod ( 1 tablet 100 mkq-lıq Yodbalans və ya 1 tablet

200 mkq-lıq Yodbalans ).

Hamiləlik və laktasiya dövrü zamanı: gün ərzində 100-200 mkq yod ( 1 tablet 100 mkq-lıq Yodbalans və ya 1

tablet 200 mkq-lıq Yodbalans ).

ƏLAVƏ TƏSİRLƏRİ:

Bəzən allergik reaksiyalar ola bilər: dəri səpgiləri, Kvinke ödemi.

Dərman daxilə qəbul zamanı demək olar ki, tamamilə nazik bağırsaqda sorulur. Sağlam insanlarda

paylanmanın orta həcmi 23 litr ( bədənin 38%-ni ) təşkil edir. Normada yodun plazmatik qatılığı 0,001 dən

0,005 mkq/ml-ə qədər təşkil edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Yod çatışmazlığı xəstəliklərinin profilaktikası, o cümlədən endemik zobun
( xüsusən hamilə və süd verən qadınlarda );

-  Zobun cərrahi yolla götürülməsindən və ya qalxanabənzər vəzin hormon preparatları ilə müalicə bitdikdən

sonra profilaktika məqsədi ilə;

-  Yenidoğulmuşlarda, uşaqlarda, yeniyetmələrdə və gənc yaşlı böyük xəstələrdə diffuz eutroid zobun

müalicəsində.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Ağır hipertireoz;

-  Gizli hipertireoz ( 150 mkq/sut yuxarı doza qəbulu zamanı );

-  Herpetik Dyurinq dermatiti;

-  Yoda qarşı yüksək həssaslıq;

Hipertireozun ağır yod defisiti ilə əlaqədar inkişaf etdiyi hallarda Yodbalans qəbul etmək olmaz.

DOZA HƏDDİNİN AŞILMASI:

Qalxanabənzər vəzdə funksional avtonom ocaqlar mövcud olan xəstələrə dərmanın sutkada 150 mkq dan çox

istifadəsi təyin olunduqda yod stimullaşdırıcı hiperteriozun inkişafı mümkündür.

Yodla yüksək dozalarda ( sutkada 100 mkq-dan çox ) yodla müalicə zamanı xüsusi hallarda yod tərəfindən

törədilən zob və hipertireoz inkişaf edə bilər.

 
Təsiredici maddə: 1 tabletin tərkibində 130,8 mkq kalium yolid ( 100 mkq yoda uyğun ) vardır.

Köməkçi maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, kolloid silisium 4-oksid, qarğıdalı naşastası,

sellüloza, laktoza monohidrat.

200 mkq-lıq tablet:

Təsiredici maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, kolloid silisium 4-oksid, qarğıdalı naşastası,

sellüloza, laktoza monohidrat.