DEPAKİN 150 ML

13.64 AZN
Təsvir İstifadə qaydası Tərkibi
DEPAKİN 150 ML
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Müxtəlif tipli qıcolmaların müalicəsi üçün.

ƏKS GÖSTƏRİŞLƏR:

Bu preparat aşağıdakı hallarda istifadə edilmir:

-  Qaraciyər xəstəlikləri ( məsələn, hepatit );

-  Ağır qaraciyər xəstəlikləri sizdə və yaxın qohumların anamnezində ( preparatın qəbulu nəticəsində );

-  Valporat, divalproat, valpromid və dərman preparatlarının hər hansı bir inqrediyentinə qarşı allergiya;

-  Qaraciyər porfiriyası ( irsi xəstəlikdir, porfirin adlanan piqmentlərin əmələ gəlməsinin pozulması ilə

əlaqədardır );

-  Mefloxin ilə birgə istifadəsi ( malyariyanın müalicəsi üçün dərman ), ya qaxotu ilə birgə.

Şübhəli hallarda müalicə həkimindən və ya əczaçıdan mütləq məsləhət almaq lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparatın dozasını, müalicə həkimi fərdi olaraq təyin edir. Dərmanı müntəzəm qəbul edin; müalicəni həkim

xəbərdar etməmiş dəyişməyin və birdən dayandırmayın.

Peroral qəbulu üçündür. Məhlul yalnız qutuda olan doza qaşığı ilə daxilə qəbul edilir. Flakonu açmaq üçün, onun

qapağında basıb ehtiyat qapağını çevirin.

İstifadədən sonra flakon bağlanır.

Həkimin göstərişinə riayət edin.

Sutkalıq dozanı yemək vaxtı, 1 yaşdan kiçik uşaqlar gündə 2 dəfə, 1 yaşından yuxarı isə-gündə 3 dəfə qəbul

edir.

DOZA HƏDDİNİN AŞILMASI:

Həkimin təyin etdiyi doza və istifadə müddətinə riayət edin. Həkimdən xəbərsiz müalicəni dayandırmayın.

Əgər siz Depakin şərbət preparatını dozadan artıq qəbul etmisiz, o zaman dərhal həkimə ya təcili yardım

şöbəsinə məlumat verin.

Əgər siz Depakin şərbət preparatını qəbul etmək unutmusuzsa, o zaman qəbulun adi vaxtından sonra, adi

dozanı qəbul edin.

ƏLAVƏ TƏSİRLƏR:

Uzunmüddətli təsiri olan qranullar əlavə effektlər əmələ gətirə bilər:

-  Çox nadir hallarda – qaraciyərin ya mədəaltı vəzinin pozulması ( çox ağır );

-  Menstrual pozulmaları, bədən kütləsinin artması;

-  Zəif qanaxmalar ( burundan, damağdan );

-  Çox nadir hallarda: dərk etmə qabiliyyətinin tədricən pozulması – ( yaddaşın və diqqətin pozulması, şüurun

qarışması, dezorientasiya ), həkimin məsləhətini tələb edir;

-  Çox nadir hallarda böyrək funksiyasının pozğunluğu;

-  Çox nadir hallarda ödemlər ( aşağı ətrafların );

-  Qanda natrium səviyyəsinin azalması;

-  Yerişin dəyişməsi;

-  Enurez.

Təsiredici maddə: natrium valproat 5,764 q.

Köməkçi maddələr: metil-parahidroksibenzoat, propil-parahidroksibenzoat, saxaroza, 70% sorbit məhlulu,

qliserin, süni albalı-aromatizatoru, qatılaşdırılmış xlor turşusu təmizlənmiş su, natirum-hidroksid.