VİAZİM

18.70 AZN
Təsvir İstifadə qaydası Tərkibi
VİAZİM
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Mədə-bağırsaq traktının funksiyası normal olan xəstələrdə qidalanma pozuntuları zamanı qidalanmanın həzm

edilməsinin yaxşılaşdırılması üçün;

-  Mədəaltı vəzinin xarici sekretor funskiyasının çatışmazlığı ( xroniki pankreatit, mukovissidoz );

-  Mədənin, bağırsağın, qaraciyərin, öd kisəsinin xroniki iltihabi – distrofik xəstəlikləri. Bu orqanların

rezeksiyasından və ya şüalandırılmasından sonra qida pozulması, meteorizm, ishalla müşayiət olunan hallar

( kompleks müalicəsində );

-  Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq;

-  Hipo və anasid qastrit, axiliya, dispepsiya.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, kəskin pankreatit, mədə şirəsinin hiperasidliyi

( o cümlədən, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, eroziv qastroduodenit, hamiləlik və südvermə,

obturasion sarılıq ( ödün öd yolları ilə axınına mexaniki maneənin olması səbəbindən yaranan sarılıq ).

İSTİFADƏ QAYDASI VƏ DOZALARI:

1 tabletdən gündə 2-3 dəfə yemək vaxtı, su ilə qəbul etmək lazımdır.

Müalicə müddəti bir neçə gündən ( qidalanma pozuntusu səbəbindən həzm prosesinin pozulması zamanı )

bir neçə aya və ilədək ( daimi əvəzedici müalicəyə ehtiyac olduqda ) davam edə bilər.


ƏLAVƏ TƏSİRİ:

Allergik reaksiyalar, ishal və ya qəbizlik, ürəkbulanma, epiqastral nahiyədə diskomfort hissi.
Hər tabletin tərkibinə daxildir: pankreatin 100 mq, betain 100 mq, proteaza 50 mq, amilaza 50 mq, papain 50

mq, bromelain 30 mq, pepsin 30 mq, öküz ödünün ekstraktı 20 mq, lipaza 10 mq, sellüloza 10 mq.

Köməkçi maddələr: kalsium karbonat 303.5 mq, mikrokristallin selüloz 80 mq, kroskarmeloz sodium 13 mq,

maqneziumstearat 4 mq, ilikon dioksdi 6.5 mq.