ZİRON

19.80 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ZİRON
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Ziron preparatın tərkibində dəmir asanlıqla sorulan, yenidoğulmuşlar və uşaqlar üçün yaxşı dozalanan dəmir-

sulfat formasındadır. Zironun tərkibindəki dəmir və vitamin B
12 aktiv inqrediyent şəkilindədir, dozası fərdi

tələbata uyğun olaraq hətta ən kiçik dozalarda belə asanlıqla tənzimlənir. Vitamin B
12 – nukleotidlərin

sintezində, eritositlərin və sinir qişası hüceyrələrinin formalaşmasında iştirak edir, orqanizmin böyüməsi üçün

vacibdir. Fol turşusu purin və pirimidin mübadiləsində, nuklein turşularının sintezində, amin turşularının

metabolizmində ( qlisin, metionin, histidin ) iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların

proliferasiyası, qanyaranma prosesi, embriogenez üçün vacib olan nuklein turşuların sintezində iştirak edir.

Vitamin C immun sisteminin işi üçün və hüceyrələrinin bölünməsi üçün vacib elemenetdir.

GÖSTƏRİŞLƏR:

Müxtəlif etiologiyalı dəmir defisitli anemiyalar;

Kəskin və xroniki infeksion xəstəliklər;

Helmintozlar;

Malabsorbsiya sindromu;

Qanitirmələr;

Orqanizmin intensiv inkişafı dövrü;

Meqaloblastik anemiya;

Hamiləliyin II və III trimestirində, doğuşdan sonra və südvermə dövründə müşahidə olunan dəmir və fol

turşusu defisitinin profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparata qarşı hiperhəssaslıq, hemoxromatoz, hemosideroz, dəmirin sorulmasının pozulması.

İSTİFADƏ QAYDASI:

1 tablet 1-2 dəfə yeməkdən sonra qəbul etmək mələhətdir.
FARMAKOLOJİ QRUPU:

Antianemik.

Tərkibi:

Dəmir-qlükonat ( Fe++ ) – 480 mq;

Fol turşusu – 350 mkq;

Vitamin B
12 – 3 mkq;

Vitamin C – 50 mq.