PROTON EC

12.56 AZN
Təsvir İstifadə qaydası Tərkibi
PROTON EC

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Proton ES 40 mq mədə turşuluğuna davamlı həblərin istifadəsinə göstərişlər:

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər:

Qatroezofaqal rüflüks xəstəliyi: 40 mq gündə 1 dəfə, 4 həftə müddətində qəbul edilir. Ezofagit tam müalicə

olunmazsa və ya simptomlar davam edərsə, müalicə əlavə olaraq 4 həftə uzadılır.

Böyüklər: inyeksiya müalicədən sonra mədə xorasının təkrari qanaxmalarının profilaktikası məqsədi ilə

uzunmüddətli müalicədə: 40 mq 1 dəfə, 4 həftə müddətində qəbul edilir.

12 yaşdan kiçik uşaqlar: kliniki məlumatlar olmadığından ezomeprazol 12 yaşdan kiçik uşaqlarda istifadə

edilməmilidir.

Yaşlılar: yaşlı şəxslərdə dozanın tənzimlənməsi tələb olunmur.

İSTİFADƏ QAYDASI:

Həblər bütövşəkildə maye ilə qəbul edilməlidir. Həbləri çeynəmək və ya parçalamaq olmaz.

Həbləri uda bilməyən xəstələrə, həblər qazsız suda həll edilərək, mədə zondu vasitəsi ilə təyin edilə bilər.

İstifadədən öncə şprisin və borunun yararlılığının diqqətlə yoxlanılmaı vacibdir.

ƏKS GÖSTƏRİŞLƏR:

Aşağıdakı hallarda preparat qəbul edilməməlidir:

-  Aktiv maddə olan ezomeprazola və preparatın tərkibindəki hər hansı bir köməkçi maddəyə qarşı

hiperhəssaslıq;

-  Proton nasosu inhibitorları qrupuna aid olan dərmanlara qarşı allergiya halları olduqda;

-  Ezomeprazol nelfinavir ilə yanaşı istifadə edilməməlidir;

-  12 yaşdan aşağı uşaqlara təyin edilməməlidir.

DOZA HƏDDİNİN AŞILMASI:

Ezomeprazolun qəbulu ilə əlaqədar doza həddinin aşılmasına çox nadir hallarda təsadüf edilmişdir. 280 mq

dozada ezomeprazolun qəbulu nəticəsində yaranan simptomlara mədə-bağırsaq pozğunluqlarını ümumi zəifliyi

aid etmək olar. Spesefik antidotu yoxdur. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparılmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Aşağıda qeyd edilən əlavə təsirlər başvermə tezliyinə əsasən təsnifatlandırılıb: çox tez-tez rast gəlinən ( 1/10

); adətən rast gəlinən: ( 1/100 ); bəzi hallarda ( 1/1000-dən 1/100-yə kimi ); nadir halda ( 1/10000 1/1000 );

çox nadir halda rast gəlinən ( 1/10000 ); tezliyi məlum olmayan – məlumat yoxdur.

 
Bir həbin tərkibi: 40 mq ezomeprazol ( natrium duzu şəkilində );

Köməkçi maddələr: mikrokristallik sellüloza kürəcikləri ( mikrokristallik sellüloza və su ), hipromelloza ( E-464 ),

talk ( E553b ), titan dioksid ( E-171 ), qliserol monostearat, polisorbat 80, metilakril turşusunun və etilakrilatın

sopolimeri ( 1:1 ), dispersiya 30% ( sodium laurisulfat, polisorbat 80 və metilakril turşusu – etilakrilatın

sopolimeri, trietil sitrat ( E-1505 ), makroqol, mikrokristallik sellüloza ( E-460i ), krospovidon ( A növü ), natrium

stearil fumarat.

Həbin örtüyü: Opadry II tünd mavi 85F30662 ( polivinilalkohol – hissəli hidrolizə edilmiş, titan dioksdi, makroqol,

talk, FD-C mavi 2 / indiqo karmin alüminium ( E-132 ), qara dəmir oksidi ( E-172 ) və FD-C sarı 6 / qürub sarısı

FCF alüminium ( E-110 ).