SİSTİKAP

27.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SİSTİKAP

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏRİ:

SİSTİKAP preparat uroseptik, urospazmolitik,diuretik, antiseptik təsirlərə malikdir.

AYIQULAĞI EKSTRAKTININ müalicəvi təsiri tərkibindəki arbutin qlikozidi, üzvi turşular və flavonoidlər

 sayəsində həyata keçirilir.Arbutin orqanizmə daxil olduqdan sonra, böyrək parenximasını qıcıqlandıran

 hidroxiona hidroliz olunaraq, aydın nəzərəçarpan sidikqovucu və antiseptik təsirgöstərir ( uroantiseptik ).

 Flavonoidlər mikrobları, bakteriyaları və virusları məhv edir. Ursol turşusu iltihabəleyhinə və antibakterial

 xüsusiyyətlərə malikdir.

D-mannoza polisaxarid olub, urolojiinfeksiyalara antibiotiklərə təbii alternaiv hesab olunur.

D-mannoza E. Coli bakteriyaların böyrək vəsidik ifrazat sistemi orqanlarının divarına yapışmasının

 qarşısını alır. Nəticədə bakteriyalar sidiklə yuyulub çıxarılır. Antibiotiklərdən fərqli olaraqD-mannoza

 təhlükəsizdir, orqanizmin normal mikroflorasını pozmur.

 

GÖSTƏRİŞLƏRİ:

-       Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri (pielonefrit, nefrit, sistit, uretrit );

-       Böyrək polikistozu;

-       Sidik daşı xəstəliyinin kompleks müalicəsi və profilaktikası;

-       Prostatit və prostat vəzin adenomasının kompleks müalicəsi;

-       Bakteriuriya;

-       Hamiləlik zamanı sidik yollarının infeksiyası;

-       Şəkərli diabet xəstələrində sidik yollarının infeksiyaları.

 

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın hər hansı bir komponentinə qarşı həssaslıq,hiperasid qastrit, mədə və 12 barmaq bağırsaq

 xorası.

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

1 kapsuldan gündə 1-2 dəfə yemək arası qəbul olunur.


1 kapsulun tərkibinə daxildir:

Kanada mərcanının meyvəsinin ekstraktı – 400 mg ( Vaccinium macropcarpon )

( 40 mg PAC ekvivalent );

Ayıqulağı ekstraktı – 100 mg ( min. 15% Arbutinə standartlaşmışdır );

D-mannoza – 200 mg.