KONNETTİVİNA PLUS

13.94 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KONNETTİVİNA PLUS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Xoraların və yanıqların müalicəsi və profilaktikası.

Varikoz genişlənmə ilə əlaqədar olan xoralar.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Sulfamidlərə qarşı allergik reaksiyaları olan xəstələrdə və eləcə də qaraciyər və böyrək çatışmazlığı olan

xəstələrdə ehtiyatla istifadə edilməlidir.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkimin təyinatına uyğun olaraq istifadə olunmalıdır. Həkim tərəfindən xüsusi təyinat verilmədiyi halda

aşağıdakı qaydada istifadə olunmalıdır.

CONNETTİVİNA PLUS 0,2% + 1% krem;

Gündə 2 dəfə müalicə nahiyəsinə 2-3 mm qalınlığında çəkməli.

CONNETTİVİNA PLUS 2 mq + 40 mq dərman hopdurulmuş salfetlər.

CONNETTİVİNA PLUS 4 mq + 80 mq dərman hopdurulmuş salfetlər.

CONNETTİVİNA PLUS 12 mq+ 240 mq dərman hopdurulmuş salfetlər.

Gündə 2 dəfə zədələnmiş nahiyədə müvafiq olaraq bir və ya bir neçə salfet istifadə olunur.

Müalicə zədə tam sağalana qədər arasıkəsilmədən davam etdirilməlidir.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması halları qeydə alınmayıb.

ƏLAVƏ TƏSİRLƏRİ:

CONNETTİVİNA PLUS preparatının istifadəsindən sonra çox nadir hallarda zəif, lokal reaksiyalar ola bilər. Hər

hansı bir sistem əlavə təsirə rast gəlinməmişdir. Preparatın içlik vərəqəsində göstərilmiş qaydalara uyğun

istifadəsi əlavə təsirlərin meydana çıxması riskini aşağı salır.

İçlik vərəqəsində göstərilməyən hər hansı bir əlavə təsir meydana çıxdıqda həkimə müraciət edin.

Təsiredici maddə: 100 q kremin tərkibində 200 mq hialuron turşusunun natrium duzu və 1 q gümüş sulfodiazin

vardır.

Köməkçi maddələr: polietilenqlikol 400 mono stearat, olein turşusunun desil efiri, qliserol, sorbitolun 70%-li

məhlulu, təmiz su.