BUDEKTON

21.11 AZN
Təsvir İstifadə qaydası Tərkibi
BUDEKTON
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Qlükokortikosteroidlərlə dəstəkləyici müalicəni tələb edən bronxial astma;

-  Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi ( ACKOX ),

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Budekton inhalyasiya vasitəsilə istifadə üçün nəzərdə tutulub. Preparatı daxilə qəbul etmək olmaz. Preparatın 1

dozası ( 200 və ya 400 mq ) 1 püskürməyə uyğundur.

Dozalar xəstəliyin ağırlığından və xəstənin reaksiyasından asılı olaraq, fərdi qaydada seçilir.

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: sutkada 1-2 dəfə 200 mkq budesonid.

6-12 yaşlı uşaqlara: sutkada 1-2 dəfə 200 mkq budesonid.

Maksimal sutkalıq doza – bir neçə qəbula bölünmüş 800 mkq budesonid. Preparatın qəbulunu yalnız böyüklərin

nəzarəti altında həyata keçirmək lazımdır.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;

-  Vərəmin aktiv forması.

YANAŞI TƏSİRLƏR:

Görmə orqanı tərəfindən: nadir hallarda – katarakta, qlakuoma.

Allergik reaksiyalar: nadir hallarda – hiperhəssaslıq reaksiyaları, səpgi, örə, qaşınma.

MSS tərəfindən: nadir hallarda – qeyri-adi davranış, o cümlədən depressiya ( uşaqlarda rast gəlinib ).

Sümük-əzələ sistemi tərəfindən: sümük toxumasının mineral sıxlığının azalması.

PEDİATRİYADA İSTİFADƏSİ:

6 yaşa qədər uşaqların preparatı istifadəsi məsləhət görülmür.

DOZADAN ARTIQ İSTİFADƏ:

İstifadəyə dair təlimata uyğun müalicə zamanı onun Budekton preparatından kənarlaşdırılmasını tələb edən

kəskin dozadan artıq istifadə faktiki olaraq mümkün deyil.

Preparatın böyük miqdarda bir dəfəlik inhalyasiyası təcili terapiya tələb etməyən hipotalmo-hipofizar-

böyrəküstü sistemin funksiyasının zəifləməsinə gətirib çıxara bilər. Budesonidin dozadan artıq istifadəsi zamanı

müalicə terapevtik effektin saxlanılması üçün dozalarla davam edə bilər.
 

Kapsulun tərkibi: aktiv maddə: budesonid 200 və ya 400 mkq.

Köməkçi maddə: laktoza monohidratı.