MAİLEN

20.46 AZN
Təsvir İstifadə qaydası Tərkibi
MAİLEN

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Qeyri-spesefik və spesefik vulvovaginitin, vulvitin, vaginitin, qıcıqlandırıcı və bakterial servikovaginitin,

kandidozun, trixomaniazın, Qardnerella və/və ya Giardiaz vaginitin, mono və polimikrob infeksiyaların, hər

hansı etiologiyalı leykoreyanın ( leucorrhoea ) lokal müalicəsi.


ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.

Hamiləliliyin I trimestri. Laktasiya dövrü. Böyrək və qara-ciyər xəstəlikləri, eşitmə siniri nevriti olanlarda əks

göstərişdir.


XƏBƏRDARLIQLAR:

Müalicə zamanı alkoqol qəbuluna yol vermək olmaz.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

6-12 gün müddətində axşam yatmazdan əvvəl 1 vaginal kapsul uşaqlıq yoluna dərinə yeridilir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir: vulvovaginal yanğı, qıcıqlanma və qaşınma.

Müxtəlif aktiv inqridiyentlərin vaginal selikdən keçmə dərəcəli haqqında məlumat olmadığından sistem təsirlərin

meydana çıxması imkanı istisna edilməməlidir.


DOZA HƏDDİNİN AŞILMASI:

Dərman vasitəsinin vaginal yolla istifadə edildiyi doza həddinin aşılması riski yoxdur. Təsadüfən preparat

udlarsa, o zaman yaxınlıqdakı xəstəxanaya və ya toksikoloji mərkəzə müraciət etmək lazımdır.


 
Təsiredici maddələr: 1 kapsulda 400 mq metranidazol, 100 mq mikonazol nitrat, 5 mq, polimiksin B sulfat, 45 mq

neomisin sulfat, 15, Asiya sentellası vardır.

Köməkçi maddələr: mineral yağ, ağ vazelin.