FURAMAQ 50 MG

14.08 AZN
Təsvir İstifadə qaydası Tərkibi
FURAMAQ 50 MG
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Həll olan furaginə həssas mikroorqanizmlər tərəfindən törədilən infeksiyalar: sidikçıxarıcı yolların infeksiyaları

( sistit, uretrit, piolonefrit ), prostatit, dərinin və yumşaq toxumaların infeksiyaları, ağır infeksiyalaşmış

yanıqlar, ginekoloji infeksiyalar. Profilaktika məqsədi ilə uroloji cərrahi əməliyyatlarda, sistoskopiyada,

katerezasiyada istifadə etmək olar, həmçinin sidikçıxarıcı yolların resedivləşdirici infeksiyalarının profilaktikası

məqsədi ilə istifadə etmək olar.

ƏKS GÖSTƏRİŞLƏR:

Təsiredici maddəyə, nitofuran qrupu preparatlarına və/və ya köməkçi maddalərdən hər hansı birinə qarşı

yüksək həssaslıq.

Ağır böyrək çatışmazlığı.

Polinevropatiya ( o cümlədən diabetik ).

Porfiriya.

Hamiləlik və laktasiya dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklərə: gündə 3 dəfə 50-100 mq ( 1-2 kapsul ) təyin edilir.

Bədən kütləsi 30 kq-dan artıq olan uşaqlara – gündə 3 dəfə 50 mq ( 1 kapsul ).

Müalicə kursu 7-10 gün təşkil edir. Lazım gələrsə, müalicə kursu 10-15 gündən sonra təkrar edilir.

Profilaktika:

Böyüklərə və bədən kütləsi 30 kq-dan artıq olan uşaqlara – yuxudan əvvəl 50 mq.

ƏLAVƏ TƏSİRLƏR:

Sinir sistemində baş verən pozğunluqlar:

Tez-tez-başağrısı;

Bəzən-başgicəllənmə, yuxululuq;

Nadir-periferik nevropatiya.

Görmə orqanında baş verən pozğunluqlar:

Nadir-görmənin pozulması.

Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar:

Çox nadir – kəskin və xronik ağciyər reaksiyaları.

Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar:

Nadir – papulyoz səpgi, qaşınma;

Çox nadir – angiodema, övrə, eksfoliativ dermatit, multiformalı eritema, dönər alopesiya.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması barədə məlumat yoxdur. Adətən toksik təsirlər böyrək funksiyası pozulmuş

pasiyentlərdə meydana çıxa bilər.

Simptomları: “Əlavə təsirlərləri” bölməsində göstərilən simptomlar meydana çıxır.

Müalicəsi: toksik təsir meydana çıxan zaman çoxlu miqdarda maye aradan qaldırmaq etmək lazımdır. Kəskin

simptomları aradan qaldırmaq üçün antihistamin vasitələrdən istifadə edilir. B qrupu vitaminlərindən

( tiamin bromid ) istifadə etmək tövsiyə edilir.

 
Təsiredici maddə: 1 kapsulda 50 mq həll olan furagin vardır.

Köməkçi maddələr: əsasi maqnezium karbonat, kalium karbonat, talk.

Kapsulun gövdəsi və qapağı: jelatin, titan dioksid ( E171 ), sarı dəmir oksidi ( E172 ).