LANTOROL

10.21 AZN
Təsvir İstifadə qaydası Tərkibi
LANTOROL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Mədə və 12 barmaq bağırsaq xorası;

-  Reflüks ezofaqitin müalicəsi;

-  Kompleks antibakterial müalicədə Helicobacter pylori-nin eradikasiyası;

-  Qeyri-steroid iltihabəleyhinə dərman preparatlarının ( QSİƏP ) istifadəsi ilə əlaqəli yaranan mədə və 12-

barmaq bağırsağın eroziv xorasının müalicə və profilaktikası;

-  Qastroezofaqeal reüflüks xəstəliyinin ( QERX ) simptomatik müalicəsi;

-  Zollinger-Ellison sindromu.


ƏKS GÖSTƏRİŞLƏR:


-  Lansoprazol və digər köməkçi maddələrə qarşı hiperhəssaslıq;

-  HİV proteaz inhibitorları ilə birlikdə istifadəsi ( atazanavir, nelfinavir );

-  Mədə-bağırsaq, traktı orqanlarının bədxassəli yenitörəmələri;

-  Uşaqlar və 18 yaşa qədər yeniyetmələr;

-  Hamiləlik və laktasiya dövrü.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

12 barmaq bağırsağın xora xəstələyi: gündə 1 dəfə 30 mq ( 1 kapsul ) 2 həftə müddətində təyin edilir.

Rezistent formaların yarandığı hallarda da müalicə 4 həftəyə qədər davam etdirmək olar.

Mədənin xora xəstəliyi və reflüks-ezofagit: gündə 1 dəfə 30 mq ( 1 kapsul ) 4 həftə müddətində təyin edilir.

Lazım gəldikdə müalicəni 8 həftəyə qədər davam etdirmək olar.

ƏLAVƏ TƏSİRLƏRİ:

Metobalizm və qidalanma pozğunluqları: məlum deyil – hipomaqnezemiya;

Psixiatrik pozğunluqlar: bəzən-depressiya, nadir-yuxusuzluq, kanfuziya halı;

Görmə orqanlarına: nadir-görmə pozğunluqları;

Həzm sisteminə: tez-tez – ürəkbulanma, diareya, mədə ağrısı, qusma, boğazda və ağızda quruluq;

Böyrək və sidik yollarına: nadir – interistial nefrit;

Labarator müayinə nəticələri: çox nadir – xolesterin və triqliserid səviyyələrinin yüksəlməsi, hiponatriemiya.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: Lantorol dərman vasitəsinin istifadəsi zamanı ciddi doza həddinin aşılması halları qeydə

alınmamışdır.

Lansoprazolun antidotu yoxdur.

Müalicə: doza həddinin aşılması zamanı simptomatik və dəstəkləyici müalicə tövsiyə olunur. Lansoprazolu

hemodializ vasitəsilə qan dövranından çıxarmaq mümkün deyil.

Təsiredici maddə: lansoprazol 30 mq.

Köməkçi maddələr: mannitol, saxaroza, natrium laurilsulfat, binatrium, hidrofosfat, kalsium karbonat, natrium

karboksimetilsellüloz, hidroksipropilmetilsellüloz E5 və HP55, setil spirti, titan dioksid, natrium metilparabne,

natrium propilparaben.

Kapsulun tərkibi: titan dioksid, sarı dəmir oksidi, jelatin.