DEPREBAN

3.86 AZN
Təsvir İstifadə qaydası Tərkibi
DEPREBAN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Müxtəlif mənşəlli depressiyalar , obsessiv kompulsiv sindrom ,əsəb bulimiyası.

ƏKS GÖSTƏRİŞLƏR:

Fluoksetinə qarşı həssaslıq , 18 yaşa qədər uşaqlar.Fluoksetin qeyri-selektiv MAO inhibitorları ilə eyni vaxtda

qəbul olunmamalıdır.Bu ölümlə nəticələnə biləcək serotonin sindromunun yaranmasına səbəb ola bilər.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Ləğvetmə sindromunun yaranmasının qarşısını almaq üçün dərman qəbulunun dayandırılmasını 2həftə ərzində

, dozanı tədricən azaltmaqla aparmaq lazımdır.

Müalicə zamanı səpgi və anafilaktik reaksiyalar və inkişaf edən sistem halların yaranması baş verə bilər.Bu

halların digər etioloji səbəbi təyin olunmadığı hallarda müaləcəni dayandırmaq lazımdır.

Fluoksitinlə müalicə zamanı midriaz halları qeydə alınmışdır.Gözdaxili təzyiqin artması və ya kəskin bağlıbucaqlı

qlaukoması olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.

Elektrokonvulsiv terapiya ehtiyatla aparılmalıdır-qıcolmaların vaxtının uzanması riski.


DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Diazepam , etanol və hipoqlikemik dərmanların təsirini gücləndirir.Qan plazmasında fenitoinin , trisiklik

antidepressantların , maprotilinin təsirini 2 dəfə artırır.MAO inhibitorları serotinin sindromunun inkişaf riski

yarada bilər.MAO inhibitorları və fluoksetinin istifadəsi arasındakı interval 14 gün olmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklərdə ( 18 yaşdan yuxarı ) başlanğıc doza gündə 1 dəfə səhərlər 20mq/gün,lazım olduqda hər həftə doza

20mq/gün-ə qədər artırılır.Maksimal sutkalıq doza 80mq olmaqla 1 neçə qəbula bölünür.Böyrək və qaraciyər

çatışmazlığı zamanı doza iki gündən bir 20mq azaldıla bilər.

ƏLAVƏ TƏSİRLƏRİ:

Depreban orqanizm tərəfindən yaxşı qəbul olunur , lakin bəzi əlavə təsirlər meydana çıxa bilər:yuxusuzluq

( çox tez-tez ) , ürəkbulanma , başağrısı ,dispepsiya , diareya  ( çox tez-tez ) , iştahanın azalması ( çox tez-tez ).

DOZA HƏDDİNİN AŞILMASI:

Ürəkbulanma , qusma , qicolma.

Müalicə: mədəni yumaq , aktivləşdirilmiş kömür vermək lazımdır.Simptomatik müalicə aparılır.

Təsiredici maddə: 1kapsulda 20mq Fluoksetine ekvivalent miqdarda fluoksetin hidroxlorid vardır.

Köməkçi maddələr: PVP K25 , kroskarmelloza natrium , qarğıdalı nişastası.