Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

İLOZAR

20.00 AZN
İLOZAR

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Bağırsaq mikroflorasını balanslaşdırmaq məqsədilə laktobakteriyaların əlavə mənbəyi kimi

 uşaqlarda həyatlarının ilk günlərindən,həmçinin digər yaş qruplarına aid şəxslərdə istifadə olunur.

Yenidoğulmuşlarda MBT mikroflorasının bərpası,

Bağırsaq kolikasi və artan qazəmələgəlmənin profilaktikası,

Südəmər və erkən yaşlı uşaqlarda qəbizlik,

Zəifləmiş immunitet halları zamanı,orqanizmin infeksiyalara qarşı müqavimətini artırmaq məqsədi

 ilə,

Antibiotikoterapiyadan sonra MBT mikroflorasının pozulmasının profilaktiksı və bərpası,

Bağırsaq pozulmasının profilaktikası-səyahət öncəsi,uşaq bağçası və məktəb öncəsi

ƏKS GÖSTƏRİŞLƏR:

Vasitənin hər hansı bir komponentinə qarşı həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Bu dövründə həkim təyinatı ilə istifadə oluna bilər.

 

ŞƏKƏRLİ DİABETİ OLAN XƏSTƏLƏRDƏ İSTİFADƏSİ:

İstifadə oluna bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

5 damcıdan gündə 1-2 dəfə daxilə,qidadan asılı olmayaraq qəbul olunur.

İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

“0”yaşdan istifadə oluna bilər.Uşaqlara damcını ana südünə və ya südlü qarışıqlara,həmçinin

 (37°C-dən yuxarı olmayan)digər mayelərə əlavə etmək olar.

Qapağı açılmış flakon 3ay ərzində istifadə oluna bilər.


FARMAKOLOJİ QRUPU:

Qidaya BAƏ,dərman vasitəsi deyil.

TƏRKİBİ:

Canlı Lactobacillus Reuteri bakteriyaları.

Əlavə maddələr:Günəbaxan yağı,silisium dioksid.


FARMAKOLOJİ TƏSİRİ:

1.Bağırsaq mikroflorasını normallaşdırır,uşaq və böyüklərdə MBT funksional pozğunluqlarını aradan

qaldırır,yenidoğulmuşlarda mütəmadi istifadəsi körpələrin bağırsaq kolikasına müsbət təsir göstərir.

2.Bağırsaqda-reuterin,reuterisiklin,reuterisin 6 adlı antimikrob maddələr sintez etməklə,patogen mikrofloranın

(bəzi,bakteriya,göbələk,qurd növləri)inkişafının qarşısını alır.

3.Antibiotik qəbulundan sonra pozulmuş bağırsaq mikroflorasını bərpa edərək,antibiotiklərdən asılı diareyanın

yaranmasının qarşısını alır.