KALSİUM XLORİD DARNİTSA

2.15 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KALSİUM XLORİD DARNİTSA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Qan plazmasında kalsium ionlarının konsnetrasiyasının tezliklə yüksəlməsi tələb olunan hipokalsiemiya

vəziyyətləri.

Kəskin qurğuşun sancısı zamanı kompleks müalicənin tərkibində.

Maqneziumun doza həddinin aşılması zamanı yaranan maqnezium intoksikasiyası hadisələri.

EKQ-də ürək funksiyasının pozulması kimi qeydiyyata alınmış hiperkaliemiya.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq,hiperkalsiemiya,təzahürlü

hiperkalsiuriya,nefrourolitiaz,ağır böyrək çatışmazlığı,sarkoidoz,hiperkoaqulyasiya,trombəmələgəlməyə

meyillilik.

Arterial okklüziya hadisəsi ilə müşayiət edilən ifadə olunmuş ateroskleroz.Mədəciklərin fibrillyasiyası.

Seftriakson ilə eyni vaxtda istifadə edilməsi.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ:

Yüksək dozalarda uzunmüddətli istifadə zamanı orqanizmdə kalsium duzlarının çökməsi ilə hiper-kalsiemiya

yaranması mümkündür.

Dərman vasitəsinin damar divarına zədələyəci təsirini minimuma endirmək məqsədilə inyeksiya iri venaya

nazik iynə ilə aparılmalıdır.Məhlulu bədən temperaturuna qədər isitmək lazımdır.

Dərman vasitəsinin venadaxili yeridilməsi zamanı ona qarşı adi reaksiya-ağız boşluğunda,sonra isə bütün

bədəndə istilik hissi yaranır.

Kalsium xlorid-Darnitsa preparatının qıcıqlandırıcı və nekrozlaşdırıcı təsirinə görə onu dəri altına və ya əzələ

daxilinə yeritmək olmaz.Dərman vasitəsi məhlulunun  dəri altına və ya əzələyə düşməsi zamanı,şpris vasitəsilə

mümkün qədər məhlulu geriyə çəkmək və inyeksiya yerinə 10ml inyeksiya üçün 25%-li natrium sulfat məhlulu

və ya 5-10ml inyeksiya üçün 25%-li maqnezium sulfat məhlulu yeritmək lazımdır.

Sürətli venadaxili yeridilməsi zamanı vazodilatasiya nəticəsində arterial təzyiqin bir qədər enməsi mümkündür.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI ƏLAQƏSİ:

Seftriakson və kalsium tərkibli dərman vasitələrinin eyni vaxtda istifadəsi zamanı pasiyentlərdə  ( yeni

doğulmuşlardan başqa ) damardaxili çöküntünün yaranmasına aid bu günə qədər əsaslı elmi məlumatlar

yoxdur.Lakin bütün kateqoriyadan olan pasiyentlərə kalsium tərkibli həllediciləri tətbiq etmək,seftriakson və

kalsiumtərkibli preparatları eyni vaxtda yeritmək olmaz.Sonuncu seftriaksonun yeridilməsindən sonra 48 saat

ərzində kalsium tərkibli məhlulları təyin etmək olmaz.

Kalsium tərkibli məhsullar kalsium kanalı blokatorlarının effektivliyini azalda , hiperkalsiemiya zamanı

kalsitoinin effektini,fenitoinin biomənimsənilməsini azalda bilir.

Kalsium duzları bisfosfonatlar , fluoridlər bəzi flüorxinolonlar və tetrasiklinlər kimi bir sıra preparatların

sorulmasını azaldır:yeridilmələr ən azı 3saata bölünməlidir.

Kalsium xlorid dobutaminin kardiotonik effektlərini azaldır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Dərman vasitəsinin təhlükəsizliyi və effektivliyi üzrə hamilələrdə adekvat və ciddi nəzarət edilən tədqiqatlar

aparılmayıb.Hamiləlik dövründə istifadəsi yalnız o zaman mümkündür ki , ana üçün gözlənilən fayda , dölə olan

potensial riskdən üstün olsun.

Laktasiya dövründə dərman vasitəsinin istifadəsi mümkündür.


PEDİATRİYADA İSTİFADƏSİ:

Uşaqlarda istifadəsi həyatınım 1-ci ilindən mümkündür.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Kalsium xlorid venadaxili şırnaq ( çox asta-asta ) və ya venadaxili damcı üsulu  ilə  ( asta-asta ) yeridilir.

Böyüklər:

Venadaxili şırnaq
üsulu ilə yeridilmə:5ml 10%-li məhlulu 1ml/dəqiqə sürətlə yeridilir.

Venadaxili damcı üsulu ilə yeridilmə:5-10ml 10%-li dərman vasitəsi məhlulunu 100-200 ml 0,9%-li natrium

xlorid məhulu və ya 5%-li qlükoza məhlulu ilə durulaşdırmaq,6-8 damcı/dəqiqə sürətilə yeritmək lazımdır.

ƏLAVƏ TƏSİRLƏR:

Hiss orqanlarında baş verən pozğunluqlar:ağızda metal dadı.

Maddələr mübadiləsində və metabolizmdə baş verən pozğunluqlar:hiperkalsiemiya.

Psixikada baş verən pozğunluqlar: depressiya .

Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial təzyiqin orta və qısa müddətli enməsi , bradikardiya ,

aritmiya , arterial hipertenziya , venoz tromboz.Həddindən artıq sürətlə yeridilmə zamanı  ürək mədəciklərinin

fibrillyasiyası.

İmmun sistemində baş verən pozğunluqlar: istilik hissiyatı , əvvəlcə ağız boşluğunda sonra isə bütün bədəndə

iynəbatma hissiyatı , sifət dərisinin hiperemiyası , allergik reaksiyalar , övrə.

DOZA HƏDDİNİN AŞILMASI:

Hiperkalsiemiya simptomları:

Zəiflik , anoreksiya , qarın nahiyəsində ağrı , qusma ,ürəkbulanma , qəbizlik ,  polidipsiya , poliuriya , yüksək

yorğunluq , qıcıqlanma , pis əhva-ruhiyyə , depressiya , dehidratasiya , ürək ritminin pozulması mümkündür ,

taxikardiya , arterial təzyiqinin kəskin enməsi və arterial hipertenziya mümkündür , mialgiya , artralgiya ,

koma.

 
Təsiredici maddə:1ml məhlulun tərkibində 100mq kalsium xlorid heksahidrat vardır.

Köməkçi maddələr:durulaşdırılmış xlorid turşusu,inyeksiya üçün su.