Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PİRFALİN

20.47 AZN
PİRFALİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-Erkən proqressivləşən qocalıqla bağlı,travmatik,yüngül diabetik və ağırlaşmış kataraktanın müalicəsi və

profilaktikası.

-Buynuz qişanın zədələnmələri zamanı medafiəedıcı məqsədlə.

-Fotokeratektomiya və eksimer lazerin  təsiri nəticəsində buynuz qişanın fotoablyasiyası.

ƏKS GÖSTƏRİŞLƏR:

Dərman vasitəsinin tərkibindəki hər hansı bir maddəyə qarşı təsdiq edilmiş yüksək həssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ:

Dərman vasitəsi yalnız xaricə istifadə üçündür.

Həkim nəzarəti altında tətbiq edilir.

Əgər dərman vasitəsi təsadüfən daxilə qəbul olunarsa və ya yüksək dozada uzun müddət istifadə

edilərsə,toksik reaksiyalar baş verə bilər.

Göz iltihabı və zədələnməsi zamanı tətbiq edilməməlidir.

Flakonun ucu əllərə,göz səthinə,göz qapağına və kipriklərə toxundurulmamalıdır.

Digər oftalmoloji vasitələrlə eyni zamanda təyin olunduqda istifadələr arasında 10-15 dəqiqə fasilə olmalıdır.


HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Yalnız həkim nəzarəti altında istifadə edilir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkim təyinatı ilə tətbiq edilir və hər xəstə gözə gündə 4 dəfə 1-2damcı damızdırılır.

İSTİFADƏ ÜÇÜN HAZIRLANMASINA DAİR TƏLİMAT:

1.Plastik halqanı çıxarın.

2.Qapağı  durana qədər aşağı çəkin.

3.Flakonu baş aşağı çevirərək 3-4dəfə çalxalayın.

4.Flakonu sıxın və damcını gözə damızdırın.

ƏLAVƏ TƏSİRLƏRİ:

Pirenoksin liofilizə edilmiş göz damcısı şəklində adətən xəstələr tərəfindən yaxşı keçirilir.Hər hansı əlavə təsir

qeyd edilərsə həkimə məlumat vermək lazımdır.


DOZA HƏDDİNİN AŞILMASI:

Qeyd edilməyib.
 
Təsiredici maddə:Pirenoksin natrium 0,376mq.

Köməkçi maddələr:taurin.

Həlledici:polivinil spirti,kəhrəba turşusu,natrium suksinat,natrium xlorid,benzalkonium xlorid,dinatrium

edetat,inyeksiya üçün su.