SATURİD

12.98 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SATURİD
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

-  Ürək – damar sistemi xəstəliklərinin kompleks müalicəsinin tərkibində : gərginlik

( stabil ) stenokardiyası , xroniki ürək çatışmazlığı : miokard infarktından sonra bərpa dövrü :

-  Beyin qan dövranının kəskin və xroniki işemik pozulması zamanı kompleks müalicənin tərkibində :

-  Iş qabiliyyətinin zəifləməsi :
-  Xroniki alkoqolizmdə abstinensiya sindromu ( alkoqolizm əleyhinə spesifik müalicə ilə birlikdə )

-  Hemoftalm , tor qişaya müxtəlif mənşəli qansızmalar :

ƏKS GÖSTƏRİŞLƏR :

 Meldoniuma və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Preparatın hər hansı

komponentinə qarşı fərdi yüksək həssaslıq.Kəllədaxili təzyiqin yüksəlməsi , o cümlədən venoz qan axınının pozğunluqları ,

kəllədaxili şiş xəstəlikləri.Ağır qaraciyər və böyrək çatışmazlığı zamanı ehtiyatla istifadə olunmalıdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi təsdiq olunmayıb Döl və uşaqda əmələ gələ bilən

xoşagəlməz təsirlərdən çəkinmək üçün laktasiya dövründə istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırma dayandırılır.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ :

Preparat antianginal vasitələrlə , antikoaqulyant , antiaqreqant , antiaritmik vasitələrlə , ürək qlikozidləri , diuretiklər ,

bronxolotiklər ilə birgə istifadə oluna bilər.

Preparat koronarolitik , hipotenziv vasitələrin , ürək qlikozidlərinin təsirini gücləndirir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Oyandırıcı təsirinin ola bilməsini nəzərə alaraq Saturidin günün birinci yarısında təyini daha məqsədəuyğundur.

Ürək – damar xəstəlikləri : Kompleks müalicənin tərkibində 10 gün ərzində 5 – 10 ml venadaxili təyin edilir , doza birdəfəyə

istifade edilir və ya gündə 2 dəfəyə bölünür ,sonra isə dərman vasitəsinin peroral formaları qəbul olunur.

Beyin qan dövranının kəskin pozulmaları.Kompleks müalicənin tərkibində 10 gün ərzində gündə 1 dəfə 5 ml venadaxili təyin

edilir , sonra isə dərman vasitəsinin peroral formaları qəbul olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Preparat yaxşı mənimsənilir , əlavə reaksiyalar nadir hallarda əmələ gəlir.

Ürək – damar sisteminə : taxikardiya , arterial təzyiqin müxtəlif istiqamətdə dəyişməsi.

Sinir sisteminə : psixomotor oyanıqlıq.

Həzm sisteminə : dispeptik əlamətlər.

Allerggik reaksiyalar : dəri qaşınması , qızartı , səpgilər , ödem.

DOZA HƏDDİNİN AŞILMASI :

Dozadan artıq istifadə halları məlum deyil.Dərman vasitəsi az toksikdir və ağır əlavə təsirlərə səbəb olmur.

 
TƏRKİBİ :

Təsiredici maddə : 5 ml venadaxili yeridilmə üçün məhlulun tərkibində 500 mq meldonium dihidrat vardır.

Köməkçi maddə : inyeksiya üçün su.