NİDAZOL M

3.97 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NİDAZOL M
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

NİDAZOL – M uşaqlıq yoluna yeridilmək üçün istehsal edilən tablet formasında dərman vasitəsi olub , antibakterial

antiprotozoy , antifungal təsir xüsusiyyətlərinə malikdir.

ƏKS GÖSTƏRİŞLƏRİ :

- NİDAZOL M tərkibindəki aktiv maddələrdən hər hansı birinə qarşı və ya dərman vasitəsinin tərkibindəki komponentlərdən hər

hansı birinə qarşı yüksək həssaslıq reaksiyaları müşahidə edilərsə.

- Porfiriya xəstəliyi ( qan xəstəliyi ilə irsi keçən metabolik pozğunluqlar ) zamanı.

- Epilepsiya xəstəliyi zamanı.

- Qaraciyər funksiyasında ciddi pozğunluqlar müşahidə edilərsə , istifadə edilməməlidir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik dövründə NİDAZOL M istifadə edib – etməmənizə dair qərar yalnız həkim tərəfdən veriləcəkdir.NİDAZOL M – in aktiv

maddələrindən biri olan metronidazol ana südünə nüfuz edə bildiyindən , südverən analar bu dərman vasitəsini istifadə etdiyi

dövrdə ana südü ilə qidalandırmanı davam etdirə bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Həkim tərəfdən xüsusi dozalanma təyin edilməyibsə , 7 gün müddətində gündə 2 dəfə , səhər axşam 1 tablet istifadə edilə

bilər.Xəstəliyin təkrarlanma ehtimalı olarsa , bu zaman həkim tərəfdən müalicənin müddəti 14 günə qədər uzadıla bilər.

Aybaşı dövründə dərman vasitəsindən istifadə zamanı NİDAZOL M – in təsiri azala bildiyindən və ya tətbiqetmə bir qədər

çətinlik törətdiyindən , bu dövrdə dərman vasitəsindən istifadə edilməməsi tövsiyyə edilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Aşağıdakılardan hər hansı biri sizdə müşahidə edilərsə , dərhal həkiminizə və ya sizə yaxın olan xəstəxanalardan hər hansı

birinin təcili yardım şöbəsinə müraciət edin :

·  Epileptik tutmalara oxşar qıcolmalar :

·  Hərəkət koordinasiyasının pozulması :

·  əhval – ruhiyyənin pozulması :

·  Əl və ayaqlarda gücsüzlük , ağrı , uyuşma , sızıldama hissi :

·  Başağrısı , başgicəllənmə :

·  Yorğunluq və ya halsızlıq :

·  Qarın ağrısı və ya spazm :

·  Qəbizlik və ya ishal :

DOZA HƏDDİNİN AŞILMASI :

Həkim tərəfdən təyin edilmiş doza həddinin aşılması zamanı : ürəkbulanma , qusma , iştahsızlıq , abdominal ağrı , ishal ,

qaşınma , ağızda metallik dad hissi , hərəkət koordinasiyasının pozulması , başağrısı , başgicəllənmə , epileptik tutmalara

oxşar qıcolmalar , leykositlərin sayının azalması uyuşma və sancma hissi kimi hallar meydana gələ bilər.

Təsiredici maddə : 1 vaqinal tabletin tərkibində 500 mq metronidazol və 100 mq  mikonazol vardır.

Köməkçi maddələr : qarğıdalı nişastası , kalsium hidrofosfat , laktoza , limon turşusu , polivinilpirollidon , maqnezium stearat.