SİRELAKS 5 ML

5.29 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SİRELAKS 5 ML
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- oftalmoskopiyada diaqnostik məqsədlə refraksiyanın müəyyən edilməsi üçün :

- kataraktanın ekstraksiyası zamanı bəbəyin genişlənməsi məqsədilə əməliyyatdan əvvəlki hazırlıq dövrü :

- gözün ön hissəsinin iltihabi xəstəlikləri zamanı kompleks terapiyanın tərkibində :

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq :

- bağlıbucaqlı qlaukoma :

- qlaukomaya şübhə olduqda :

- bəbəyin sfinkterinin posttravmatik parezi :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi kifayət qədər tədqiq  edilmədiyindən , onu , bu dövrlərdə , yalnız ana üçün

gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olduqda istifadə etmək olar.

PEDİATRİYADA İSTİFADƏSİ :

3 yaşa qədər uşaqlarda preparatı ehtiyatla istifadə etmək lazımdır.

Spastik iflicdən və ya beyin zədələnməsindən əziyyət çəkən uşaqlarda siklopentolata qarşı xarakterik yüksək həssaslıq

mövcuddur.Bu səbəbə görə belə pasiyentlərin müalicəsində siklopentolatı ehtiyatla istifadə etmək lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Yalnız yerlı istifadə üçün nəzərdə tutulub.

Böyüklər və uşaqlar

Diaqnostik məqsədlə : hər konyunktival kisəciyə 1 – 2 damcı damızdırılır , ehtiyac olduqda 5 – 10 dəqiqədən sonra doza təkrar

edilir :

Refraksiyanın tədqiqi zamanı sikloplegiyanın əldə edilməsi : 15 – 20 dəqiqə intervalla gündə  2 – 3 dəfə 1 – 2 damcı istifadə

edilir :

İltihabi xəstəliklər zamanı : 5 – 10 gün müddətində gündə 3 dəfə 1 damcı , ağır hallarda hər 3 – 4 saatdan bir 1 damcı istifadə

edilməsi yolveriləndir.

Flakonun içərisindəki məhlulun mikrobla çirklənməsinin qarşısını almaq məqsədilə damcıldacının ucunu hər hansı səthə

toxundurmaqdan çəkinmək lazımdır :

ƏLAVƏ TƏSİRLƏRİ :

Yerli reaksiyalar : yanma , hiperemiya , konyunkyivanın və göz almasının ödemi , fotofobiya , gözdaxili təzyiqin yüksəlməsi ,

görmə itiliyinin azalması ,  blefarokonyunktivit , nöqtəli keratit.

Nadir hallarda : sistem təsirin yaranması : zəiflik , ürəkbulanma , ağızda quruluq , başgicəllənmə , başağrısı , yuxululuq ,

taxikardiya , bağırsağın atoniyasl , sidik kisəsinin atoniyası , sidiyin kəskin ləngiməsi.

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları

Psixi reaksiyaların və davranışın pozulması , ataksiya , həddindən artıq yorulma , yaxın məsafədən əşyaların tanınmasının

pozulması , koma ( ölümə qədər ).

Müalicəsi

Spesifik antidot olan fizostiqminin venadaxili yeridilməsi , uşaqlara 0,5 mq dozada yeridilir , ehtiyac olduqda doza təkrar edilir :

böyüklərə antidot 2 mq dozada yeridilir , 20 dəqiqədən sonra effekt olmadıqda , 1 – 2 mq dozada təkrar yeridilir.

Təsiredici maddə : 1 ml məhlulun tərkibində 10 mq siklopentolat hidroxlorid vardır.

Köməkçi maddələr : bor turşusu , benzalkonium xlorid , dinatrium edetat , xlorid turşusu və/və ya susuz natrium karbonat ,

təmizlənmiş su.