TAMİZİN RF

6.61 AZN
Təsvir İstifadə qaydası Tərkibi
TAMİZİN RF
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- beyin qan dövranının çatışmazlığı :

- MSS – nin intellektual – mnestik funksiyanın azalması ilə müşayiət olunan xəstəliyi

- asteniya və adinamiya simptomlarının üstünlük təşkil etməsi ilə psixoorqanik sindrom :

- vestibulyar pozğunluq :

- kinetozların profilaktikası :

- uşaqlarda intellektual inkişafın geriliyi :


ƏKS GÖSTƏRİŞLƏR :

- hemorragik insult

- həyəcanla depressiya

- qaraciyər funksiyasının ağır pozğunluqları

- böyrək funksiyasının ağır pozğunluqları

- hamiləlik

- laktasiya

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq

- parkinson xəstəliyi zamanı preparat ehtiyatla təyin olunmalıdır

- 5 yaşa qədər uşaqlar

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Preparatın hamiləlik dövründə təyin olunması əks göstərişdir.Preparatın laktasiya dövründə istifadə olunmasının vacib olduğu

halda ana südü ilə qidalandırma dayandırılmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara xəstəliyin ağırlığından asılı olaraq 1 – 3 ay ərzində gündə 3 dəfə daxilə 1 – 2 kapsul ,

təyin olunur.12 yaşa qədər uşaqlara gündə  1 – 2 dəfə , 1 – 2 kapsul təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Dispepsiya , başağrısı , yuxu pozğunluğu törədə bilər.Nadir hallarda dəri səpgisi şəklində allergik reaksiyalar meydana çıxa

bilər.

Təsiredici maddə : 1 kapsulda 25 mq sinnarizin , 400 mq pirasetam vardır.

Köməkçi maddələr : susuz kolloidal silisium dioksid , bitki mənşəli maqnezium stearat , starlak.

Bərk jelatin kapsulun tərkibi : titan dioksid , xinolin sarısıv,vqırmızı dəmir oksidi , jelatin , patent mavi V , azorubin.