MODİPİN 10 MG

4.51 AZN
Təsvir İstifadə qaydası Tərkibi
MODİPİN 10 MG
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

1.Essensial hipertenziya 

Essensial hipertenziya zamanı monoterapiya və ya digər antihipertenziv dərman vasitələrlə kombinəedilmiş şəkildə istifadə

oluna bilər.

2.Ürəyin işemik xəstəliyi

 Xronik stabil stenokardiya :

Xronik stabil stenokardiyanın simptomatik müalicəsində monoterapiya və ya digər antianginal dərman vasitələrlə

kombinəedilmiş şəkildə istifadə oluna bilər.

ƏKS GÖSTƏRİŞ :

Amlodipinə , dihidropiridinin digər törəmələrinə və ya preparatın komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Hamilə qadınlara preparatın təhlükəsizliyi öyrənilməmişdir.Bu səbəbdən hamiləlik dövründə preparatın istifadəsi yalnız ana

üçün ehtimal olunan fayda döl üçün potensial riskdən üstün olduqda tövsiyə olunur.

Preparatın ana südünə keçməsi haqqında məlumat yoxdur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Modipin tabletləri daxilə , yemək qəbulundan asılı olmayaraq tətbiq olunur.

Böyüklər

Hipertoniyanın və stenokardiyanın müalicəsində tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 5 mq təşkil edir və xəstənin

müalicəyə fərdi cavabına görə doza gündə maksimum 10 mq – a qədər artırıla bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Ən çox aşağıdakı əlavə təsirlər haqqında bildirilmişdir :

Yuxuculluq , başgicəllənmə , başağrısı , ürəkdöyünmə , istilik hissi , abdominal ağrılar , ürəkbulanma , topuqlarda ödem ,

yorğunluq.

DOZA HƏDDİNİN AŞILMASI :

Insanlarda qəsdən doza aşılmasına dair məlumat məhduddur.

Simptomlar

Mövcud məlumatlara görə yüksək miqdarda qəbul olunduqda həddindən artıq periferik vazodilatasiyanın və mümkün reflektor

taxikardiyanın yaranmasına səbəb ola bilər.

Müalicəsi

Amlodipinin doza aşılması ilə bağlı klinik cəhətdən əhəmiyyətli hipotenziya zamanı ürək və tənəffüs funksiyaların sıx izlənməsi

aşağı ətrafların qaldırılması , dövr edən mayenin həcmi və sidiyin xaric olunmasının nəzarət edilməsi daxil olmaqla ,  ürək –

damar sisteminin fəaliyyətinin  aktiv dəstəklənməsi tələb olunur.

Təsiredici maddə : 1 tabletin tərkibində 5 mq və ya 10 mq amlodipin vardır.

Köməkçi madəllər : mikrokristallik sellüloza , susuz kalsium hidrofosfat , natrium nişasta qlikolyatı , maqnezium stearat.