MOKSİ R

10.88 AZN
Təsvir İstifadə qaydası Tərkibi
MOKSİ R
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Moksifloksasinə həssas ştammlar tərəfindən törədilən irinli bakterial konyuktivitin yerli müalicəsi.Antibakterial maddələrin

müvafiq istifadəsinə dair rəsmi rəhbərliyi nəzərə almaq lazımdır.

ƏKS GÖSTƏRİŞLƏR :

Təsiredici maddəyə , digər xinolonlara və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Moksifloksasinin hamilə qadınlarda istifadəsinə dair adekvat məlumatlar yoxdur.  Lakin , moksifloksasinin  sistem absorbsiyası

cüzi olduğu üçün hamiləliyə hər hansı mənfi təsiri gözlənilmir.

Moksifloksasinin və ya metabolitlərinin ana südü ilə xaric olması məlum deyil.Heyvanlar üzərində aparılan tədqiqatlar

göstərmişdir ki ,oral istifadədən sonra moksifloksasın az miqdarda döş südünə nüfuz edir.Preprat döşlə qidalandırma dövründə

istifadə edilə bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Yaşlılar ( 65 yaş ) daxil olmaqla , böyüklərdə istifadəsi doza gündə 3 dəfə zədələnmiş göz(lər)ə 1 damcı təşkil edir.

Adətən infeksiya 5 gün müddətində yaxşılaşır və müalicə daha 2 – 3 gün müddət ərzində davam etdirilir.Əgər müalicənin

başlanmasından sonra 5 gün ərzində yaxşılaşma baş verməzsə , diaqnoza və ya müalicəyə yenidən baxmaq lazımdır.

Əgər birdən çox oftamoloji dərman preparatından istifadə edilərsə , onları ən azı bir – birindən 5 dəqiqəlik intervalla istifadə

etmək lazımdır.Göz məlhəmləri axırıncı istifadə edilməlidir. 
 

ƏLAVƏ TƏSİRLƏR :

Klinik sınıqlarda moksifloksasin göz damcısının yenidoğulmuşlar daxil olmaqla , uşaqlarda istifadəsinin təhlükəsiz olduğu

müəyyən edilmişdir.18 yaşa qədər pasiyentlərdə iki ən çox rast gələn əlavə reaksiya gözdə qıcıqlanma və ağrı olmuşdur , hər

iki əlavə reaksiyanın baş vermə tezliyi 0,9 % olmuşdur.

DOZA HƏDDİNİN AŞILMASI :

Oftamoloji preparatları saxlamaq üçün konyunkvital kisəciyin məhdud həcmi dərman preparatının doza həddinin hər hansı

aşılmasını praktik olaraq istisna edir.Bir flakonda olan moksifloksasinin miqdarı onuntəsadüfən udulması zamanı mənfı təsir

göstərməsi üçün çox azdır.


 
Təsiredici maddə : moksifloksasin 5.00 mq/ml

Köməkçi maddələr : bor turşusu , natrium xlorid , 1M xlorid turşusu/1M natrium hidroksid məhlulu , təmizlənmiş su.