FLEMOKSİN SOLUTAB 500 MQ

8.71 AZN
Təsvir İstifadə qaydası Tərkibi
FLEMOKSİN SOLUTAB 500 MQ
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Preparat , ona həssas mikroorqanizm tərəfindən törədilən aşağıdakı infeksion – iltihabi xəstəliklərin müalicəsi üçün istifadə

olunur.

- tənəffüs yollarının infeksiyaları

- sidik – ifrazat sisteminin infeksiyaları

- MBT üzvlərinin infeksiyaları

- dərinin və yumşaq toxumanın infeksiyaları

ƏKS GÖSTƏRİŞLƏR :

- preparata və digər beta – laktan antibiotiklərinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi yalnız preparatın istifadəsindən gözlənilən müsbət nəticə əlavə təsirlərin

yaranma riskindən üstün olduqda mümkündür.

Az miqdarda amoksisillin ana südü ilə xaric olur , bu isə uşaqda sensibilizasiyanın yaranmasına səbəb ola bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə qəbul edilir.

Doza xəstəliyinin ağırlığından , xəstənin yaşından asılı olaraq fərdi təyin edilir.Orta və yüngül dərəcəli infeksion – iltihabi

xəstəliklər zamanı preparatı aşağıdakı sxemlə qəbul etmək tövsiyə olunur : böyüklərə və 10 yaşdan böyük uşaqlara gündə 2

dəfə 500 – 750 mq və ya gündə 3 dəfə 375 – 500 mq təyin olunur.3 yaşdan 10 yaşa qədər uşaqlara gündə 2 dəfə 375 mq və

ya gündə 3 dəfə 250 mq təyin olunur.1 – 3 yaş arası uşaqlara gündə 2 dəfə 250 mq və ya gündə 3 dəfə 125 mq təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

MBT – yə : nadir hallarda – dadın dəyişməsi , ürəkbulanma , qusma , ishal : ayrı – ayrı hallarda – qaraciyər

transaminazalarının aktivliyinin mülayim artması , çox nadir hallarda – psevdomembranoz və hemmoragik kolit .

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları :

MBT funksiyasının pozulması – ürəkbulanma , qusma , ishal : qusma və ishal nəticəsində su – elektrolit balansının pozulması

baş verə bilər.

Müalicəsi :

Mədə yuyulur , aktivləşdirilmiş kömür , işlədici duzlar təyin olunur : su – elektrolit balansını bərpa etmək üçün tədbirlər görülür.

Təsiredici maddə : 1 tabletin tərkibində 125 mq , 250 mq , 500 mq və ya 1000 mq amoksisillin vardır.

Köməkçi maddələr : dispersləşən sellüloza , mikrokrisallik sellüloza , krospovidon , vanilin , narıngi aromatizatoru , limon

aromatizatoru , saxarin , maqnezium  stearat.