VİRA

9.43 AZN
Təsvir İstifadə qaydası Tərkibi
VİRA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Vira qənaətbəxş cins akt üçün kifayət edəcək ereksiyaya  nail ola bilməyən və onu saxlamağa qadir olmayan , erektil

disfunksiyadan əziyyət çəkən kişilərdə istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR :

Aktiv  maddə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :

Preparat qadınlarda istifadə edilmir.

Sildenafil kişilərdə istifadə üçün nəzərdə tutulmuşdur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə qəbul edilir.

Preparatı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Böyüklərdə istifadəsi

50 mq – lıq tövsiyə olunan doza zərirət yarandığı halda cinsi fəaliyyətdən təxminən 1 saat əvvəl qəbul edilir.Effektivliyi və

dözümlülük əsasında doza 100 mq – a kimi artırıla və ya 25 mq – a kimi azaldıla bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Hər tezlik qrupunda əlavə təsirlər ciddiliyin azalması sıralanması ilə tərtib olunub.

İnfeksiyalar və invaziyalar.

Geniş yayılmamış : rinit

İmmun sisteminin pozğunluqları

Geniş yayılmamış : yüksək həssaslıq

Sinir sisteminin pozğunluqları

Çox geniş yayılmış : baş ağrısı.

Geniş yayılmış : başgicəllənmə

Geniş yayılmamış : yuxululuq hipesteziya

ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞİN.

DOZA HƏDDİNİN AŞILMASI :

Könüllülər üzərində aparılmış tədqiqatlarda tək dozanın 800 mq – a qədər yüksəldildiyi halda əlavə təsirlərin təzahürü aşağı

doza qəbul edən pasiyentlərlə müqayisədə oxşar idi , lakin rast gəlmə və ağırlıq dərəcəsi artmışdır.

Doza həddinin aşılması hallarında zəruri standart dəstəkliyici tədbirlər həyata keçirilməlidir.Sildenafilin plazma zülalları ilə

bağlanması güclü olduğu və sidiklə xaric olunmadığı üçün böyrək dializi onun klirensini sürətləndirmir.

 
Təsiredici maddələr : 1 örtüklü tabletin tərkibində müvafiq olaraq 50 mq və ya 100 mq sildenafil sitrat vardır.

Köməkçi maddələr : susuz kalsium – hidrofosfat , mikrokristallik sellüloza PH 102 , natrium kroskarmelloza , kolloidal susuz

silisium dioksid , maqnezium stearat.