DİNAMOGEN

17.70 AZN
Təsvir İstifadə qaydası Tərkibi
DİNAMOGEN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Asteniya , psixoasteniya , anoreksiya , qida çatışmazlığı , xəstəliklərin sağalma dövrü , intellektual qabiliyyətin zəifləməsi ,

inkişafın ləngiməsi , adinamiya , məktəb yorğunluğu kimi orqanizmdə energetik əhəmiyyətli maddələrin ehtiyatının bərpa

olunmasını tələb edən vəziyyətlər preparatın təyini üçün göstəriş hesab olunur.

ƏKS GÖSTƏRİŞLƏR :

Siproheptadinə qarşı allergiyanın olması preparatın istifadəsi üçün əks göstərişdir.

Preparatın tərkibində siproheptadin a – Ketoqlutarat olduğu üçün körpəsini ana südü ilə qidalandıran analara ,

yenidoğulmuşlara təyin olunmamalıdır.

Əks göstəriş hesab olunmamasına baxmayaraq ciddi böyrək və qaraciyər xəstəliklər zamanı preparatın istifadəsi məsləhət

görülmür.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Ehtiyat tədbiri kimi preparatın hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.

İSTİFADƏ QAYDASI :

Uşaqlar : gündə iki dəfə 1 ampulun möhtəvilyatı daxilə qəbul olunmur.Preparatın qida qəbulundan yarım saat əvvəl qəbul

olunması tövsiyə olunur.İki yaşdan kiçik uşaqlara təyin olunmamalıdır.

Ciddi anoreksiyadan əziyyət çəkən və əhəmiyyətli dərəcədə kütlə çatışmazlığı olan uşaqlara 24 saat ərzində ampul təyin oluna

bilər.

Böyüklər : gündə 3 dəfə 1 ampul preparat daxilə qəbul olunmalıdır.

QƏBUL QAYDASI :

Ampulu ayırın

Ampulun yuxarı hissəsini buraraq sındırın.

Ampulu əksinə çevirib silkələyərək içərisindəki mayeni stəkana boşaldın.

ƏLAVƏ TƏSİRLƏRİ :

Siproheptadin a – Ketoqlutarat yuxululuğa səbəb ola bilər ki , bu əlamət də adətən preparatın bir neçə gün müntəzəm istifadəsi

zamanı tədricən aradan qalxır.Bu təsir nəqliyyat vasitələrini idarə edən şəxslərdə nəzərə alınmalıdır.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması zamanı xüsusilə uşaqlarda depressiya və yaxud MSS – nin stimulyasiyası , qıcolmalar müşahidə oluna

bilər.

Təsiredici maddələr : 10 ml məjlulun ( 1 amoul ) tərkibində 3 mq Qlütodin və lq , Arginin – aspartat vardır.

Köməkçi maddələr : saxaroza , 70 % - li sorbitol məhlulu , kalium sorbat , su , rəngləyici maddə.