SİPRONEKS

4.48 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SİPRONEKS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Örtüklü tablet şəklində SİPRONEKS dərman vasitəsi aşağıdakı infeksiyaların müalicəsi üçün göstərişdir :

Böyüklər :

·  Aşağı tənəffüs yollarının qrammüsbət bakteriyalar tərəfindən törədilən infeksiyaları

- ağciyərlərin xronik obstruktiv xəstəliyinin kəskinləşməsi

- mukovissidoz zamanı bronx – ağciyər infeksiyaları və ya bronxoektatik xəstəlik

- pnevmoniya

·  Xroniki irinli orta otit

·  Qrammənfi bakteriyalar tərəfindən törədilən xronik haymoritin kəskinləşməsi

·  Sidikçıxarıcı sistemin infeksiyaları

·  Sidik kanalının və ya uşaqlıq boynunun süzənək infeksiyası

·  Neisseria gonorrhoeae tərəfindən törədilən infeksiyalar daxil olmaqla , orxit və epididimit

·  Neisseria gonorrhoeae tərəfindən törədilən infeksiyalar daxil olmaqla , kiçik çanaq orqanlarıın infeksiyaları

Uşaqlar və yeniyetmələr

·  Mukovissidoz zamanı Pseudomonas aeruginosa tərəfindən törədilən bronx – ağciyər infeksiyaları

·  Sidikçıxarıcı yolların fəsadlaşmış infeksiyaları və pielonefrit

·  Sibir yarasının ağciyər forması

Əgər həkim zəruri hesab edərsə , Siprofloksasin həmçinin uşaqlarda və yeniyetmələrdə ağır infeksiyaların müalicəsi üçün

istifadə edilə bilər.

ƏKS GÖSTƏRİŞLƏR :

·  Təsiredici maddəyə , digər xinolonlara və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq

·  Siprofloksasin tizanidinlə eyni zamanda istifadəsi

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Əgər pasiyent qadın hamilədirsə və ya südəmər uşağı varsa , əgər hamilə olmağına şüphəsi varsa və ya hamilə qalmağı

planlaşdırırsa , o , bu preparatı qəbul etməyə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir.

Hamiləlik dövründə SİPRONEKS preparatının istifadəsindən qaçmaq lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

SİPRONEKS preparatını həmişə həkimin tövsiyələrinə uyğun olaraq qəbul etmək lazımdır.

Şüphə olarsa , həkimə müraciət etmək lazımdır.

İstifadə qaydası

- tabletləri çoxlu miqdarda maye ilə içərək qəbul etmək lazımdır.Tabletləri çeynəmək tövsiyə olunmur , belə ki , onlar

xoşagəlməz dada malidir.

- daha yaxşı olar ki , tabletlər təqribən günün eyni vaxtlarında qəbul edilsin

- tabletləri qida qəbulundan asılı olmayaraq qəbul etmək olar.

- pasiyentin qida ilə qəbul edildiyi kalsiumun miqdarı preparatın sorulmasına əhəmiyyətli təsir göstərmir.Lakin , SİPRONEKS

tabletlərini süd məhsulları ilə və minerallarla zənginləşdirilmiş maye şirələri ilə qəbul etmək olmaz

Dozası

Preparatın dozalanması göstərişdən , infeksiyanın ağırlıq dərəcəsindən və yerindən , mikroorqanizmlərin siprofloksasinə qarşı

həssaslığından , pasiyentin böyrək funksiyasından , uşaqlarda və yeniyetmələrdə isə bədən kütləsindən asılıdır.

Müalicənin müddəti xəstəliyin ağırlığından , xəstəliyin klinik və bakterioloji gediçindən asılıdır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Hər bir dərman vasitəsi kimi SİPRONEKS də bütün pasiyentlərdə olmasa da əlavə təsirlər törədə bilər.

Haqqında ən çox məlumat verilən əlavə təsirlər ürəkbulanma və qusmadır.

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatı təyin edildiyindən yüksək dozada qəbul etdikdə dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Doza həddi aşılmasının simptomları : başgicəllənmə , tremor , başağrısı , yorğunluq , qıcolmalar , hallüsina – siyalar , çaşqınlıq

, qarında narahatlıq hissi , böyrək və qaraciyər funksiyasının pozulması , sidikdə kristalların olması  , hematuriya.Böyrəklərə

tranzitor toksik təsir qeyd edilmişdir.

Təsiredici maddə : 1 tabletin tərkibində 500 mq siprofloksasin vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , natrium nişastaqlikolyat , susuz kolloidal silisium dioksid , maqnezium stearat :

Örtük : hipromelloza , makroqol 6000 , titan dioksid , talk.