BİVOXA

10.88 AZN
Təsvir İstifadə qaydası Tərkibi
BİVOXA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Moksifloksasinə həssas mikroorqanizmlərin törətdikləri konyuktivitlərin müalicəsi .

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın hər hansı komponentinə yaxud flüorxinolon qrupundan olan dərman maddələrinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə , yalnız preparatın ana üçün gözlənilən müalicəvi təsiri döl yaxud yenidoğulmuş uşaq üçün

potensial riskdən yüksək olduğu hallarda təyin edilə bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Yalnız yerli istifadə olunur.

Preparatı konyuktival qişanın altında və/və ya bilavasitə gözün ön kamerasına yetirmək olmaz.

Damcıladıcının və məhlulun mikroblarla çirklənməsinin qarşısını almaq üçün damcının və məhlulun mikroblarla çirklənməsinin

qarşısını almaq məqsədilə damcıldacının ucluğunun hər hansı bir səthlə təmasının qarşısını almaq lazımdır.

DOZA HƏDDİNİN AŞILMASI :

Gözə artıq miqdarda preparat düşərsə gözləri ilıq su ilə yumaq lazımdır.


Preparat təsadüfən daxilə qəbul edildikdə doza həddinin aşılması əlamətlərinin meydana çıxması ehtimal edilmir
.
Təsiredici maddə : 1 ml məhlulun tərkibində 5,0 mq moksifloksasin vardır.

Köməkçi maddələr : natrium xlorid , xlorid turşusu və/və ya natrium hidroksid  ,bor turşusu , inyeksiya üçün su.