DELAYF

12.80 AZN
Təsvir İstifadə qaydası Tərkibi
DELAYF
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR :

D vitamininin hipo və avitaminozunda , həmçinin vitamin D – yə artmış tələbatı ödəmək üçün istifadə olunur :

- raxitin profilaktika və müalicəsi , spazmofiliya , osteomalyasiya , osteoporoz :

- hamiləlik və laktasiya dövrü :

- hipoparatireoz və psevdohipoparatireozun profilaktikası və müalicəsi :

- malabsorbsiya sindromu :

İSTİFADƏSİNƏ MƏHDUDİYYƏTLƏR :

Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq , D hipervitaminozu , qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi ,

kalsium tərkibli böyrək daşları , böyrək çatışmazlığı , sarkoidoz.

HAMİLƏLİK VƏ LAKTASYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Doza həddi aşıldıqda teratogen təsirin meydana çıxması imkanı olduğundan hamiləlik dövründə vitamin D
3 – ün yüksək

dozalarda istifadə olunması tövsiyə olunmur. Laktasiya dövründə vitamin D
3 ehtiyatla təyin olunmalıdır. Ana tərəfindən yüksək

dozalarda qəbul edilən zaman uşaqlarda doza həddinin aşılması əlamətləri törədə bilər.

QƏBUL QAYDASI VƏ DOZALANMASI :

DELAYF az miqdarda maye ilə daxilə qəbul edilir.1 damcıda 400 BV D3 vitamini vardır.

Profilaktik məqsədlə :

- vaxtında doğulmuş uşaqlara həyatının 3 – 4 – cü həftəsindən 2 – 3 yaşadək 1 – 2 damcı

- yarımçıq döğulmuş uşaqlar , əkizlər , normal şəraitdə yaşamayan uşaqlar həyatının 7 – 10 – cu günündən gün ərzində 2 – 3

damcı istifadə olunur.Yay mövsümündə doza azaldılır – gün ərzində 1 damcı

- hamilə qadınlar gün ərzində 1 damcı bütün hamiləlik müddətində və ya hamiləliyin 28 – ci həftəsindən başlayaraq gün

ərzində 2 damcı

- postmenopauza dövründə gün ərzində 1 – 3 damcı fasilələrlə qəbul olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Tövsiyə olunan dozalarda istifadə olunduqda əlavə təsiri müşahidə olunmur. Vitamin D
3 – ün təsirinə qarşı nadir hallarda rast

gələn yüksək fərdi həssaslıq zamanı və ya həddindən artıq yüksək dozalarda uzun müddət istifadə olunduqda D
3

hipervitaminozu baş verə bilər.
Təsiredici maddə :

  Daxilə qəbul üçün damcı
  ( yağda məhlul )
  Hər damcıda vardır

  D3 vitamini
  ( xolekalsiferol )
  400 BV
 
Köməkçi maddələr : kalium – sorbat , natrium – benzoat , limon turşusu , sukraloza , ksantan kitrəsi , stevia , təmizlənmiş su ,

portağal ətri.