ADEMTA

49.90 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ADEMTA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Aşağıdakı xəstəliklər zamanı müşahidə oluna bilən sirrozönü və sirroz vəziyyətlərində qaraciyərdaxili xolestaz :

- qaraciyərin piy distrofiyası :

- xroniki hepatit :

- xroniki daşsız xolesistit :

- xolangit :

- qaraciyər sirrozu :

- ikincili ensefalopatiya o cümlədən qaraciyər çatışmazlığı ilə assosasiyalaşın.

Hamilələrdə qaraciyərdaxili xolestaz.

Depressiv sindrom.

ƏKS GÖSTƏRİŞLƏR :

- ademetioninə və/və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq :

- metionin siklinə təsir göstərən genetik pozulmalar və/və ya homosisteinuriya və/və ya hiperhomosisteinemiya yaradan

pozulmalar.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Ademetionin hamiləliyin ııı trimestrində terapevtik dozalarda istifadəsi hər hansı əlavə təsirlər yaratmır.Ademetionin hamiləliyin

ı və ııı trimestrlərində yalnız çox vacib ehtiyac olduğu zaman istifadə olunur.

Ana südü ilə qidalandırma dövründə ademetionin yalnız o halda istifadə olunur ki ,ana üçün terapiyanın ehtimal olunan faydası

körpə üçün potensial riskdən üstün olsun.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparat əzələdaxili və ya venadaxili damcı üsulu ilə yeridilir.Liofilizəolunmuş tozu yeridilməsindən bilavasitə əvvəl xüsusi əlavə

edilmiş həlledicidə həll etmək lazımdır.

Hazırlanmış məhlul 25°C – dən aşağı temperaturda 6 saat ərzində və 2°C - 8°C temperaturda 24 saat ərzində

stabildir.Preparatın qalıq hissəsi utilizasiya olunmalıdır.

Preparatı qələvi məhlullar və kalsium ion tərkibli məhlullar ilə qarışdırmaq olmaz.

ƏLAVƏ TƏSİRLƏRİ :

İnfeksiyalar və invaziyalar : bəzən – sidikçıxarıcı yolların infeksiyaları.

İmmun sistemə : bəzən – hiperhəssaslıq reaksiyaları , anafilaktoid və ya anafilaktik reaksiyalar.

Psixikaya : tez – tez həyəcan , yuxusuzluq : bəzən ajiataj , huşun dolaşması .

Sinir sisteminə : tez – tez başağrısı : bəzən – başhərlənmə , paresteziya.

Ürək – damar sisteminə : bəzən – qandolma , flebit , arterial hipotenziya .

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılmasına dair klinik hadisələrqeyd olunmayıb.

Doza həddinin aşılması zamanı xəstəni müşahidə etmək və simptomatik terapiya aparmaq məsləhət görülür.

Təsiredici maddə : 1 flakonda 400 mq ademetionin vardır.

Köməkçi maddələr : mannit.

Həlledici : L – izin monohidroxlorid , natrium hidroksid , inyeksiya üçün su.