BESTOKSOL

4.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
BESTOKSOL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- gözün torlu qişasının dostrofik zədələnməsi :

- gözün irsi tapetoretinal degenerasiyası :

- müxtəlif mənşəli katarakta :

- qlaukoma :

ƏKS GÖSTƏRİŞLƏRİ :

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi barədə kifayət qədər məlumat yoxdur.Preparatın istifadəsi , yalnız həkim

tərəfindən təyin edildikdə və gözlənilən müalicəvi əlavə təsirlərin yaranması riskindən üstün olduğu halda mümkündür.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Yalnız yerli istifadə üçün nəzərdə tutulmuşdur.

Gözlərin infeksiyalaşmasının və göz damcısının çirklənməsinin qarşısını almaq məqsədilə damcısalanın ucunun istənilən

səthlə kontaktından çəkinmək lazımdır.

Eyni vaxtda bir neçə yerli istifadə üçün dərman vasitəsinin təyin edilməsi zamanı bu preparatları gözlərə 10 – 15 dəqiqəlik

intervalla yeritmək lazımdır.Göz məlhəmini axırda istifadə etnək lazımdır.

Bestoksol preparatı həkim tərəfindən digər təyinat olmadıqda , zədələnmiş gözün konyunktival kisəsinə 2 damcı sutkada 3 – 4

dəfə damızdırılır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Allergik reaksiya mümkündür.

DOZA HƏDDİNİN AŞILMASI :

Bestoksol preparatının istifadəsi zamanı doza həddinin aşılması halları qeyd edilməmişdir.
Təsiredici maddə : 1 ml məhlulun tərkibində 0.04 q taurin vardır.

Köməkçi maddələr : metilparahidroksibenzoat , natrium hidroksid , xlorid turşusu , inyeksiya üçün su.