SEREGİN

12.76 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SEREGİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Alsheymer xəstəliyi , müxtəlif mənşəli demensiya sindromu , xroniki serebrovaskulyar çatışmazlıq , işemik insult və onun

ağırlaşmaları , baş beyinin travmatik zədələnmələri.

ƏKS GÖSTƏRİŞLƏR :

Fenola qarşı yüksək həssaslıq , kəkin böyrək çatışmazlığı , epileptik status.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Serebrelizatın insanın reproduktiv funksiyasına təsiri barədə məlumat yoxdur.

Hamiləlik dövründə serebrolizin yalnız ana üçün gözlənilən fayda döl üçün potensial risk arasındakı nisbətən əsaslı təhlilindən

sonra təyin oluna bilər.Laktasiya dövründə döşlə əmizdirmə zamanı bir müddət preparatın qəbulu dayandırılır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Parenteral yolla istifadə olunur.Doza və müalicə müddəti xəstəliyin xarakterindən və ağırlığından , eləcə də xəstənin yaşından

asılıdır.Həcmi 50 ml - ə çatan birdəfəlik dozanın təyin edilməsi mümkündür , lakin , müalicə kursunun keçirilməsi tövsiyə olunur.

Tövsiyə olunan optimal müalicə kursu 10 – 20 gün ərzində gündəlik inyeksiyaların edilməsidir.

·  Kəskin vəziyyətlər – 10ml – dən  50ml - ə kimi

·  Beyin insultunun rezidual dövründə və baş beyninin travmatik zədələnməsi – 5 ml – dən 50 ml - ə kimi

·  Psixoorqanik sindrom və depressiya zamanı – 5 ml – dən 30 ml - ə kimi

·  Alsheymer xəstəliyi , damar demensiyası və alsheymer damar mənşəli uyğunluğu zamanı – 5ml – dən 30ml - ə kimi

·  Neyropediatriya praktikasında – sutkada 1 – 2 ml

ƏLAVƏ TƏSİRLƏRİ :

Çox sürətli yeridilmə zamanı nadir hallarda istilənmə , tərləmə , başgicəllənmə və sürətli ürək döyüntüsü və ya aritmiya

müşahidə oluna bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Bu vaxta qədər doza həddinin aşılması halları təsvir edilməyib.
Təsiredici maddələr :

L – Lizin – 0.4 – 5.5 mq/ml

L – Histidin – 0.3 – 4.5 mq/ml

L – Arginin – 0.8 – 5.4 mq/ml

L – Asparagin turşusu – 1.0 – 3.5 mq/ml

L – Treonin – 0.7 – 4.2 mq/ml

L – Serin – 0.4 – 3.5 mq/ml

L – Qlutamin turşusu – 3.0 – 6.5 mq/ml

L – Alanin – 0.8 – 5.2 mq/ml

L – Prolin – 0.4 – 4.2 mq/ml

Qlisin – 0.7 – 2.1 mq/ml

L – Valin – 1.3 – 4.1 mq/ml

L – Metionin – 0.4 – 2.0 mq/ml

L – Leysin – 2.0 – 6.0 mq/ml

L – Fenilalanin – 0.4 – 2.0 mq/ml

L – İzoleysin – 0.8 – 3.6 mq/ml

L – Tirozin – 0.2 – 0.7 mq/ml

Köməkçi maddə : fenol.