LİMENDA

13.45 AZN
Təsvir İstifadə qaydası Tərkibi
LİMENDA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- vaginal kandidoz

- bakterial vaginoz

- trixomonad vaginiti

- qarışıq infeksiyalarının yaratdığı vaginitlər

ƏKS GÖSTƏRİŞLƏRİ :

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq

- qaraciyər funksiyalarının ağır pozulmaları

- epilepsiya

- porfiriya

- hamiləliyin ilk trimestri

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Ana üçün ehtimal olunan fayda döl üçün potensial riskdən yüksək olduqda , preparatı hamiləliyin birinci trimestrindən sonra

həkim nəzarəti altında istifadə etmək olar.

Müalicə dövründə südverməni dayandörmaq lazımdır , çünki metronidazol ana südünə keçir.Südverməni müalicəni bitirdikdən

24 – 48 saat sonra başlamaq mümkündür.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparatı 7 gün ərzində gecələr 1 suppozitori olmaqla , intravaginal daxil edirlər.

Residiv yaradan vaginitlər və ya digər növ müalicələrə rezistent olan vaginitlər zamanı Limendadan 14 gün ərzində istifadə

etmək lazımdır.

Vaginal suppozitoriləri qablaşdırmada olan birdəfəlik istifadə üçün müəyyən edilmiş barmaqcıqlar vasitəsilə uşaqlıq yolunun

içərisinə doru daxil edirlər.

65 yaşdan yuxarı yaşlı pasiyentlər üçün dozalama rejiminin korreksiyası tələb olunmur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Nadir hallarda yüksək həssaslıq reaksiyaları və yüksək yorğunluq , başgicəllənmə , baş ağrısı , iştahanın itməsi , ürəkbulanma

, qusma , qarında ağrılar və ya spazmalar , diareya , dadbilmə qabiliyyətinin dəyişməsi , qəbzlik , ağızda quruluq , metal dad

hissi , vaginal qaşınma , uşaqlıq yolunda yandırma və qıcıqlanma kimi kənar təsirlər müşahidə oluna bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Metronidazolun intravaginal  istifadəsi zamanı dozadan artıq istifadə halı barədə məlumat mövcud deyil.Metronidazol uşaqlıq

yoluna daxil etdikdən sonra sistemli təsir yaratmaq üçün kifayət edən miqdarda sorula bilər.

Simptomlar : ürəkbulanma , qusma , qarında ağrılar , diareya , ümumiləşmiş qaşınma , ağızda metal dadı , leykopeniya ,

sidiyin tündləşməsi.

Müalicəsi : daxilə təsadüfi qəbul zamanı zərurət olduqda mədənin yuyulması yerinə yetirilə bilər.Xüsusi antidot mövcud

deyil.Simptomatik və tənzimləyici terapiya məsləhət görülür.

Vaginal suppozitorinin tərkibində :

Təsiredici maddə : metronidazol 750 mq , mikonazol nitrat 200 mq.

Köməkçi maddə : vitepsol S55.