OMAGRA

14.17 AZN
Təsvir İstifadə qaydası Tərkibi
OMAGRA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Ereksiyanın pozulmasının müalicəsi , qənaətbəxş cinsi əlaqə üçün cinsiyyət üzvündə ereksiyanın əmələ gəlməsi və

saxlanılması qabiliyyətinin olmaması ilə xarakterizə olunan ereksiya pozğunluqlarının müalicəsi.

ƏKS GÖSTƏRİŞ :

Təsiredici və ya köməkçi maddələr qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Sildenafil qadınlarda istifadə üçün nəzərdə tutulmayıb.

Siçovullarda və dovşanlarda reproduktiv funksiyanın tədqiqi zamanı sildenafilin peroral istifadəsindən sonra əhəmiyyətli

arzuolunmaz təsirlər aşkar edilməmişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə qəbul üçün

Böyüklərdə istifadəsi

Tövsiyə olunan doza 50 mq təşkil edir və lazım olduğu zaman cinsi əlaqədən təxminən 1 saat əvvəl qəbul edilir.Effektivliyini və

xəstənin dözümlülüyünü nəzərə alaraq doza 100 mq – a qədər artırıla və ya 25 mq – a qədər azaldıla bilər.Maksimal tövsiyə

olunan doza 100 mq – dır.Maksimal tövsiyə olunan qəbul tezliyi – gündə 1 dəfə.Sildenafilin qida ilə birlikdə qəbulu zamanı

təsirinin başlanması acqarına qəbulu ilə müqayisədə ləngiyə bilər.

Yaşlı pasiyentlərdə istifadəsi

Dozanın dəyişilməsinə ehtiyac yoxdur.Tövsiyə olunan doza ʺ Böyüklərdə istifadəsi " bölməsində qeyd edildiyi kimidir.

Uşaqlarda və yeniyetmələrdə istifadəsi

18 yaşa qədər şəxslər sildenafili istifadə etməməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Omaqra dərman vasitəsinin təhlükəsizlik profili 67 plasebo – nəzarətolunan klinik tədqiqatlar zamanı 8691 xəstənin sildenafili

tövsiyə olunan dozada qəbul edərkən müəyyən edilmişdir.Bu klinik tədqiqatlar zamanı xəstələrdə ən çox rast gələn əlavə

təsirlər baş ağrısı , qanın üzə dolması , dispepsiya , görmə pozğunluğu , burun tutulması , başgicəllənmə və rəngli görmə

qabiliyyətinin pozulması olmuşdur.

DOZA HƏDİİNİN AŞILMASI :

Tədqiqatlar zamanı könüllülər sildenafili həm 800 mq – a qədər birdəfəlik dozada , həm də daha az dozalarda qəbul etdikdə

meydana çıxan arzuolunmaz təsirlər oxşar olmuşdur , lakin onların rast gəlmə tezliyi və ağırlıq dərəcəsi dozanı artırdıqda

çoxalmışdır.

Təsiredici maddə : 1 tabletin tərkibində 25 mq , 50 mq və ya 100 mq sildenafil vardır.

Köməkçi maddələr : kroskarmelloza natrium , kalsium hidrofosfat susuz , mikrokristallik sellüloza , maqnezium stearat.