GİOLACT

13.50 AZN
Təsvir İstifadə qaydası Tərkibi
GİOLACT
TƏSİR MEXANİZMİ:

Şamı uşaqlıq yoluna qoyduqdan sonra bədən temperaturunan təsiri nəticəsində əriyir və uşaqlıq yolu seliyinə qarışır. Azad

olmuş hialuron turşusu uşaqlıq yolunun nəm seliyi ilə temasda olun şişərək selikli qişanın səthində gel təbəqəsi yaradır. O

qoruyucu baryer olaraq, təbii regenerativ və qoruyucu mexanizmlərin aktivləşməsi üçün müvafiq şərait yaradır. Hialuron

turşusundan ibarət qoruyucu təbəqə təbii nəmliyi bərpa edir, iltihabi vəziyyətləri yumşaldır və zədələnmiş selikli qişanın

sağalma proseslərini asanlaşdırır və sürətləndirir. Süd turşusu uşaqlıq yolunun pH mühitini aşağı salır. Aşağı səviyyəli pH ( 3,8-

4,2 ) – sağlam selikli qişaya müvafiqdir, çünki patogen mikroflora üçün qeyri-qənaətbəxş mühit yaranır və uşaqlıq yolunun

bakterial florasının təbii tarazlığını qaytarmağa kömək edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Giolact uşaqlıq yolunun selikli qişasında quruluq olduqda yerli istifadə üçün nəzərdə tutulub. Əsasən məhsuldan aşağıdakı

hallarda istifadə olunur.:

- yaşla əlaqədar estrogenlərin defisiti, hormonal terapiya və kontraseptivlərdən istifadə zamanı yaranan uşaqlıq yolunun

quruluğunu aradan qaldırmaq üçün;

- uşaqlıq yolu selikli qişasının quruluğu, həmçinin qaşınma, qızartı, şişkinlik və ya ifrazat yaradan yerli iltihabi xəstləkilər

zamanı, cinsiyyət dodaqlarında və uşaqlıq yolunda yaranan xoşagəlməz hissiyatı aradan qaldırmaq üçün;

- ağrılı cinsi əlaqə zamanı diskomfort hissini azaltmaq üçün;

- uşaqlıq yolu seliyinin turşuluğunun düzgün saxlanılması üçün.


İSTİFADƏ QAYDALARI:

Şamlar yalnız uşaqlıq yoluna istifadə üçün nəzərdə tutulub. Şamları daxil etməmişdən əvvəl əlləri təmiz yumaq lazımdır. Əgər

şamlar həddən artıq yumşaqdırsa onu blisterdən çixartmamışdan əvvəl qutunu bir neçə dəqiqəlik soyuducuya yerləşdirmək

lazımdır. Bir şam yuvacığını blisterdən ayırmaq lazımdır. Qatları bir-birindən iki əl ilə ( baş və şəhadət barmaqları ilə ) ehtiyatla

ayıraraq, yuvacıqdan çixartmaq lazımdır. Ehtiyatla şamı uşaqlıq yoluna mümkün qədər dərinə yerləşdirmək lazımdır. Şamı

yerləşdirdikdən uzanaraq ayaqları bir qədər yuxarı qaldırılmış vəziyyətdə yerləşdirmək daha düzgündür. Əgər həkim təyinatda

deyişiklik etməyibsə, yatmamışdan əvvəl 1 şam daxil etmək lazımdır. Şamları fasiləsiz olaraq 14-20 gün ərzində istifadə etmək

lazımdır. Bir müalicə siklində 20 gündən artıq istifadə etmək olmaz tətbiqini elə planlaşdırmaq lazımdırki, müalicə menstrual

siklə görə yarımçıq kəsiləməsin.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Şamlar yalnız vaginal istifadə üçün nəzərdə tutulub!

Udmaq olmaz!

Menstruasiya zamanı istifadəsi məsləhət deyil.

Hamilə və süd verən qadınlar şamlardan yalnız həkimin məslhətindən sonra istifadə edə bilərlər.

Preparatın hər hansı komponentinə həssas olan pasiyentlərdə istifadə edilməsin.

Tibbi məhsulun saxlama müddəti bitdikdən sonra isitfadə etməyin.

Bilavasitə şamlara əlaqəsi müddəti bitdikdən sonra istifadə etməyin.

 
1,6 qram çəkiyə malik bir şamın tərkibində: 10 mq natrium hialuronat, 5 mq süd turşusu və tamamlayıcı kimi neytral yağ vardır.