NOVOFLOKS

11.38 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NOVOFLOKS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Levofloksasinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş bakterial infeksiyalar.

- kəskin sinusit

- xroniki bronxitin kəskinləşməsi

- xəstəxanaxarici pnevmoniya

- sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları

- sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları

- xroniki bakterial prostatit

- dəri və yumşaq toxuma infeksiyaları

- dərmanadavamlı vərəm formalarının kompleks müalicəsi

- intraabdominal infeksiyalar

ƏKS GÖSTƏRİŞLƏR :

Epilepsiya

Anamnezdə vətərlərin flüorxinolonların istifadəsi ilə əlaqədar meydana çıxan zədələnməsinin olması

Uşaqlıq və 18 yaşa qədər yeniyetməlik

Hamiləlik

Laktasiya dövrü

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq

Digər xinolonlara qarşı yüksək həssaslıq

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Əks göstərişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparat daxilə təyin olunur.Doza infeksiyanın xüsusiyyətinə və ağırlıq dərəcəsinə , həmçinin törədicinin dərəcəsinə görə təyin

olunur.

Gündə 1 – 2 dəfə 500 mq tablet çeynənmədən , kifayət qədər maye ilə daxilə qəbul olunur.Dozadan asılı olaraq , tableti bölmə

xətti üzrə bölmək olar.Preparat qida qəbulu ilə eyni zamanda və ya qida qəbulları arasındakı müddətdə qəbul oluna bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Həzm sisteminə : mümkün – sarılıq , qaraciyərdə həyati təhlükə yaradan qaraciyər çatışmazlığının inkişafına səbəb olan

nekrozun inkişafi halları

Sinir sisteminə : mümkün – ekstrapiramid pozğunluqlar və əzələ koordinasiyasının digər pozğunluqları

Duyğu orqanlarına : mümkün – qulaqda küy

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları : huşun alatoranlaşması , başgicəllənmə , huşun pozulması , qıcolma tutması , QT intervalının uzanması ,

ürəkbulanma , MBT – nın selikli qişasının eroziv zədələnməsi.

Müalicəsi : simptomatik müalicə aparılır.EKQ – nin monitorinqi vacibdir , mədənin selikli qişasının müdafiəsi üçün antasidlərin

qəbulu mümkündür.

Təsiredici maddə : 1 tabletin tərkibində 500 mq və 750 mq levofloksasinə ekvivalent olaraq 512,46 mq və 768,69 mq levofloksasin

hemihidrat vardır.

Köməkçi maddələr : hidroksipropilsellüloza , krospovidon , mikrokristallik sellüloza , susuz kolloidal silisium 4 – oksid , maqnezium

stearat.