SANOMER

5.40 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SANOMER
İSTİFADƏ GÖSTƏRİŞLƏR:

Burun boşluğunun, əlavə ciblərin və burun-udlağın kəskin və xroniki iltihabi xəstəlikləri;

Əməliyyatdan sonrakı dövr ( burun boşluğu üzərində aparılan əməliyyatlar );

Allergik və vazomotor rinitlər ( xüsusən, dərman vasitələrinə yüksək həssaslığa olan və ya meylli şəxslərdə, o cümlədən hamilə

qadınlarda və laktasiya dövründə;

Payız-qış dövründə burun boşluğu infeksiyalarının profilaktikası və kompleks müalicəsinin tərkibində ( o cümlədən hamilə

qadınlarda və laktasiya dövründə );

Burun boşluğu selikli qişasının quruluğu;


ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

1 yaşa qədər uşaqlar.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

1 yaşdan 7 yaşa qədər: gündə 4 dəfə hər burun keçəceyinə iki püskürtmə;

7 yaşdan 16 yaşa qədər: gündə 4-6 dəfə hər burun keçəceyinə iki püskürtmə;

Böyüklərə: gündə 4-8 dəfə hər burun keçəceyinə iki-üç püskürtmə.

Kurs bütün hallarda 2-4 həftə təşkil edir. Bir aydan sonra kursun təkrarlanması məsləhət görülür.

ƏLAVƏ TƏSİRLƏRİ:

Allergik reaksiyaların yaranması mümkündür.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması halları qeyd edilməyib.


 
100 ml məhlulun tərkibində təbii mikroelementləri olan 25 ml dəniz suyu və 75 ml təmizlənmiş su vardır. Tərkibində konservant və

kimyəvi əlavələr yoxdur.