EFRİDOL

11.03 AZN
Təsvir İstifadə qaydası Tərkibi
EFRİDOL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- diş ağrısı.Baş ağrısı

- revmatoid artrit

- osteoartroz

- müxtəlif mənşəli artritlər

- artralgiya

- mialgiya

- əməliyyat sonrası və posttravmatik ağrılar

- bursit , tendinit

- alqodismenoreya

ƏKS GÖSTƏRİŞLƏR :

- mədə və 12 b.bağırsağın xorası

- aktiv mədə - bağırsaq qanaxması

- serebro – vaskulyar qanaxma

- bağırsağın iltihabi xəstəliklərinin kəskinləşməsi fazası

- hemofiliya və digər qanın laxtalanması ilə bağlı xəstəliklər

- XÜÇ – ın dekompensasiya fazası

- qaraciyər çatışmazlığı

- nimesulid molekulasına qarşı hiperhəssaslıq

- alkoqolizm

- narkomaniya

- XBÇ.Proqressivləşən böyrək xəstəlikləri

- 12 yaşa qədər uşaqlar

- hamiləlik

- laktasiya dövründə itifadəsi

- digər hepatotoksik maddələrlə eyni zamanda istifadəsi

HAMİLƏLİK VƏ LAKASİYA DÖVRÜNDƏ İSİFADƏSİ :

- efridolun hamiləliyin birinci trimestri istifadəsi əks göstərişdir

- əgər hamiləliyi planlayırsınızsa , bu barədə həkimi məlumatlandırın.Çünki Efidrol ertilliyi aşağı salır.

- əgər hamiləliyin ı və ıı trimestrindəsinizsə , həkimin nəzarəti ilə onun tövsiyyə etdiyi dozanı aşmamalısınız

PEDİATRİYADA İSTİFADƏSİ :

12 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir.

ƏLAVƏ TƏSİRLƏRİ :

- aşağıda sadalanan əlamətlərdən hər hansı biri baş verərsə , istifadəsi dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir :

- mədə ağrısı , iştahanın azalması , ürəkbulanma, qusma , mədə - bağırsaq qanaxması, nəcisin qaralması

- dəridə səpgi və qızartı

- xırıltı və təngnəfəslik

- dəri və gözlərdə sarılıq

- üzdə və ayaqlarda şişkinlik

- davamlı yorğunluq

DOZA HƏDDİNİN AŞILMASI :

Əgər doza həddi aşılarsa , bu özünü yuxululuq , təngnəfəslik , ürəkbulanma , mədədə ağrı əlamətlərindən biri ilə göstərəcək.Bu zaman

həkimə müraciət eləmək lazımdır.
Təsiredici maddə : 1 saşedə 100 mq nimesulid vardır.

Köməkçi maddələr : setomakroqol 1000 , saxaroza , maltodekstrin , limon turşusu , portağal dadvericisi