SUNDEVİT

10.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SUNDEVİT
GÖSTƏRİŞLƏR :

Sundevit orqanizmin D3 vitamininə tələbatın artması, D3 vitamini çatışmazlığında, raxitin profilaktika, osteomalasiyanın və

osteoporozun , sümük əriməsi ilə əlaqədar sümük qırılması riski yüksək olan hallarda , hipokalsemik tetaniyalar , malabsorbsiya

ilə müşayiət olunan vəziyyətlər – xroniki bağırsaq xəstəlikləri , qaraciyər sirrozu , mədə bağırsaq rezeksiyası, hiperparatirioidizmin

kompleks müalicəsi zamanı köməkçi vasitə kimi və profilaktik məqsədlə istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏR :

D vitamininə qarşı hiperhəssaslıq.D hipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı.

QƏBUL QAYDASI VƏ DOZASI :

Sundevit preparatının hər zaman həkimin təyinatı üzrə qəbul olunması tövsiyyə olunur.1ml Sundevit məhlulu 25

damcıdır.Vitamin D çatışmazlığının profilaktikasında – gündə 1 – 3 damcı həzm kanalındakı sorulmanın pozulması ilə əlaqdar

vitamin D çatışmazlığının qarşısını almaq məqsədi ilə - gündə  2 – 3 damcı.

3 yaşa qədər – gündə 1 – 2 damcı

3 yaşdan yuxarı – gündə 1 – 3 damcı

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlər əksər hallarda doza artıqlığı zamanı yarana bilər.
Hər 5 ml damcının tərkibində 50.000 BV Vitamin D3 vardır.