Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VİQADEKSA

14.14 AZN
VİQADEKSA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞDİR :

Viqadeksa steril göz damcısı preparata həssas mikroorqanizmlər tərəfindən törədilən göz infeksiyalarının müalicəsi və

həmçinin əməliyyatdan sonrakı iltihab və bakterial infeksiyanın profilaktikası məqsədilə təyin edilir.

ƏKS GÖSTƏRİŞLƏR :

Təsiredici maddəyə , köməkçi maddələrə və ya digər xinolonlara qarşı hiperhəssaslıq :

Herpes simplex tərəfindən törədilən keratit :

Buynuz qişa və ya konyunktivanın vaksinə , suçiçəyi və digər virus infeksiyaları :

Göz strukturunun göbələk və ya müalicə olunmamış parazitar göz infeksiyaları :

Mikobakterial göz infeksiyaları :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Viqadeksa – nın hamilə qadınlarda hamilə qadınlarda istifadəsinə dair məlumatlar məhdud və ya yox dərəcədədir.Hamiləlik

zamanı uzunmüddətli və ya təkrar sistem kortikoid istifadəsi bətndaxili inkişafın ləngiməsi riskinin artması ilə

əlaqələndirilmişdir.Heyvanlar üzərində moksifloksasinlə aparılan tədqiqatlarda birbaşa reproduktiv toksiklik müşahidə

olunmur.Belə ki , deksametazonun heyvanlarda sistem istifadəsi reproduktiv toksikliyi əks etdirmişdir.0.1% deksametazonun

okulyar istifadəsi dovşanlarda döl anormallıqları ilə nəticələnmişdir.Viqadeksa göz damcısı , məhlulun istifadəsi hamiləlik

zamanı tövsiyə olunmur.

Südəmər körpələrdə və analarda fayda/risk nisbəti dəyərləndirilərək , preparatla müalicənin və ya ana südü ilə

qidalandırılmanın dayandirilmasına qərar verilməlidir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Yalnız okulyar istifadə üçündür.Damcıtökənin ucluğunun çirklənməsinin qarşısını almaq üçün , flakonun ucluğunun göz

qapaqlarına , gözətrafı nahiyələrə və ya digər səthlərə dəyməsinə yol vermək olmaz.Preparatdan istifadə etmədikdə flakonu

kip bağlamaq lazımdır.Preparatla yanaşı digər göz damcıları və ya məlhəm istifadə etdikdə , hər bir dərman vasitəsini 5 dəqiqə

fasilə ilə istifadə etmək lazımdır.Məlhəm ən sonda istifadə edilir.

Cərrahi əməliyyatdan sonrakı infeksiya və iltihabın profilaktikası üçün

Əməliyyatdan 1gün əvvəl başlayaraq və sonrakı 15 gün ərzində əməliyyat olunan gözə gündə 4 dəfə 1 damcı

Katarakta əməliyyatı keçirmiş xəstələrdə , məhlul əməliyyatdan sonra dərhal istifadə edilir.

7gün ərzində gündə 4 dəfə 1 damcı və ya göstərişə əsasən.


ƏLAVƏ TƏSİRLƏR :

Psixi pozulmalar : nadir hallarda – yuxusuzluq

Sinir sisteminə : bəzən – disgevziya

Görmə orqanlarına : tez – tez gözlərdə qaşınma , gözlərdə qıcıqlanma

  bəzən – bulanıq görmə , göz qapaqlarınd ağrı

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatın xarakteristikasını nəzərə alaraq , okulyar istifadədə doza həddinin aşılması və ya bir flakonun tərkibinin qəfildən

udulması zamanı toksik təsirlərin olması ehtimal edilmir.

Təsiredici maddə : 1 ml viqadeksa steril göz məlulunun tərkibində 5 mq moksifloksasinə müvafiq 5.45 mq

moksifloksasinhidroxlorid və 1.0 mq deksametazona müvafiq 1.10 mq deksametazon natrium fosfat vardır.

Köməkçi maddələr : bor turşusu , dinatrium edetat dihidrat , xlorid turşusu , təmizlənmiş su , natrium xlorid/natrium hidroksid,

sorbitol , tilaksopol.