ZANTAC

9.90 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ZANTAC
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Böyüklər və yeniyetmələr ( 12 yaş və yuxarı )

Peroral dərman formaları :

- 12 – barmaq bağırsağın xoraları və mədənin xoşxassəli xorası, qeyri – steroid iltihab əleyhinə dərmanların qəbulu ilə bağlı

yaranan xoralar daxil olmaqla

- qeyri – steroid iltihabəleyhinə preparatların qəbulu ilə bağlı yaranan xoşxassəli xoraların profilaktikası

- cərrahi müdaxilədən sonra yaranan xoralar

- reflüks – ezofaqit

- qastroezofaqeal reflüks xəstəliyində simptomların yüngülləşdırılməsi

- yeməklə əlaqədar yaranan və ya  yuxunun pozulmasına səbəb olan ağrılarla müşayiət olunan və yuxarıda qeyd olunan

xəstəliklərlə əlaqədar olmayan xroniki epizodik dispepsiya

- ağır xəstələrdə stresslə əlaqədar yaranan xoraların profilaktikası

- peptik xoralar zamanı yaranan qanaxmaların profilaktikası

- mendelson sindromunun profilaktikası

ƏKS GÖSTƏRİŞLƏR :

Ranitidinə və ya preparatın hər hansı başqa tərkib hissələrinə qarşı məlum yüksək həssaslığı olan xəstələrdə ZANTAK

preparatının istifadəsi əks göstərişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Ranitidin ciftdən keçir və ana südünə ifraz edir.Digər dərmanlar kimi, ranitidin yalnız çox zəruri hesab edilən hallarda hamiləlik

və laktasiya dövründə istifadə edilə bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Zantak fışıldayan tablet yarım stəkan suya salınmalıvə qəbul etməzdən əvvəl əmin olmaq lazımdır ki, tablet suda tam həll

olmuşdur, ehtiyac olduqda, qarışdırın.300 ml-lıq dərman forması üçün 150 ml həcmin istifadəsi tövsiyə olunur.

Zantak fışıldayan tabletinin tərkibində aspartam vardır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlərin yaranma tezliyi spontan hesabatlar əsasında postmarketinq məlumatlardan götürülmüşdür.

Qan və limfa sistemində baş verən pozğunluqlar

Çox nadir : qan hüceyrələrinin sayında dəyişikliklər, bu dəyişikliklər adətən qayıdan olur.Bəzən sümük iliyinin hipoplaziyası.

İmmun sistemdə baş verən pozğunluqlar

Nadir : yüksək həssaslıq reaksiyaları

Çox nadir anafilaktik şok

Psixi pozğunluqlar :

Çox nadir : qayıdan şüur çaşqınlığı, depressiya və hallüsinasiyalar.

Ürək pozğunluqları :

Çox nadir : digər H2 – reseptorlarını antaqonistlərində olduğu kimi, bradikardiya, AV blokada və yalnız inyeksiya üçün –

asistoliya.

Damar pozğunluqları :

Çox nadir : vaskulit.

DOZA HƏDDİNİN AŞILMASI:

Zantak preparatının çox özünəməxsus təsir mexanizmi vardır və ona görə də preparatın dozadan artıq qəbul edilməsi ilə bağlı

heç bir xüsusi problem yaranması gözlənilmir.Əgər bu baş verərsə, müvafiq simptomatik və ya dəstəkləyici müalicə

aparılmalıdır.

Ranitidin preparatın dərman formalarının hamısında hidroxlorid duzu şəklində təqdim olunur.

Təsiredici maddə :

Şərbət

10 ml şərbətin tərkibində 150 mq ranitidin vardır.

Örtüklü tabletlər

1 tabletin tərkibində 150 mq və ya 300 mqranitidin vardır.

İnyeksiya

2 ml və ya 5 ml sulu məhlulun tərkibində 50 mq ranitidin vardır.

Köməkçi maddələr :

Şərbət

Hidroksipropilmetilsellüloza 2906 və ya 2910

Etanol

Propil hidroksibenzoat

Butil hidroksibenzoat

Kalium dihidroortofosfat

Susuz natrium – hidroortofosfat

Natrium – xlorid

Saxarin natrium

Sorbitol 70%

Nanə aromatlaşdırıcısı

Təmizlənmiş su