LEPANTO

8.64 AZN
Təsvir İstifadə qaydası Tərkibi
LEPANTO
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

·  Reflüks ezofaqit

·  Mədə və 12barmaq bağırsaq xorası

·  Mədə və 12barmaq bağırsaq xoralarından kəskin qanaxmalar zamanı hemostazın qısamüddətli dəstəklənməsi və təkrar

qanaxmanın qarşısının alınması məqsədi ilə

·  Zollinger – Ellison sindromu və mədənin digər patoloji hipersekretor vəziyyətləri.

ƏKS GÖSTƏRİŞLƏR :

·  Pantoprazola, preparatın digər inqrediyentlərinə və ya benzimidazollara qarşı hiperhəssaslıq və ya allergiya olduqda

  Tərkibidə proton pompasının digər inhibitorları olan dərman vasitələrinə qarşı allergiya olduqda

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik

Lepanto – nu istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.

Hamiləlik dövründə lepanto yalnız dərman vasitəsinin verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər.

Əgər pasiyent lepanto ilə müalicə müddətində hamilə qalarsa, bu barədə müalicə həkiminə məlumat vermək lazımdır.

Laktasiya

Lepanto – nu istifadə etməzdən öncə müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

Laktasiya dövründə Lepanto yalnız dərman vasitəsinin verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

12-barmaq bağırsaq xorası, mədə xorası, orta ağırlıqlı və ağır reflüks ezofaqitlərdə :

Gündə 1 flakon təyin edilir.

Mədə və 12-barmaq bağırsaq xoralarının kəskin qanaxmaları zamanı hemostazın sürətli dəstəklənməsi və təkrar qanaxmanın

qarşısının alınması məqsədi ilə.

80 mq bolyus infuziya şəklində 2 – 15 dəqiqə ərzində yeridilir və sonra 8 mq/saat olmaqla 3 gün davamlı venadaxili infuziya

şəklində yeridilir.

Zollinger – Ellison sindromunun müalicəsində və mədənin digər hipersekretor vəziyyətlərində.

18 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi məsləhət görülmür.

Yaşlılara təyin edərkən, dozanın korreksiyası tələb olunmur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Bütün dərman vasitələrinin təyinində olduğu kimi, Lepanto – nun tərkibində olan substansiyalara qarşı həssas olan

pasiyentlərdə əlavə təsirlərin yaranması mümkündür.

- ciddi allergik reaksiyalar : Boğazın və/və ya dilin şişkinləşməsi, udmaqda çətinlik, allergik səpgilər, nəfəsalmada çətinlik

- ciddi dəri reaksiyaları : dərinin suluqlanması və ümumi vəziyyətin pisləşməsi, yüngül qanaxma ilə müşayiət olunan gözün,

burunun, ağız boşluğunun, dodaqların və ya cinsiyyət orqanlarının eroziyası və işığa qarşı həssaslıq

- digər ciddi vəziyyətlər : dərinin və ya gözün sklerasının saralması və ya qızdırma, səpgi və interstisial nefrit.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılmasına dair məlum olan simptomlar yoxdur.

Doza həddi aşıldığında müalicə həkiminə müraciət etmək lazımdır.

Təsiredici maddə : 1 flakonda 40 mq pantoprazola ekvivalent olan 42.3 mq pantoprazol natrium seskvihidrat vardır.

Köməkçi maddələr : natrium hidroksid.