ROVASEL 10 MQ

12.52 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ROVASEL 10 MQ
GÖSTƏRİŞLƏR :

Rovasel preparatı sizə qanda xolesterinin infarkt və insultun əmələ gəlməsi üçün zəmin yaradan yüksək səviyyəsi ilə əlaqədar

təyin edilir.

Qanda xolesterinin səviyyəsinin azalması üçün müvafiq pəhriz saxalanması və fiziki aktivliyin artırılması kifayət qədər

olmadıqda sizə statinin qəbulu tövsiyə olunub.

Rovasel orqanizmdə pis xolesterinin ifrazını blokadaya alır, həmçinin qandan onun  xaric olunmasına səbəb olur.

Rovasel preparatı ailəvi xolesterin səviyyəsi yüksək olan 10-17 yaş arası uşaqlarda da istifadə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR :

ROVASEL preparatının təsiredici maddəsinə və ya digər komponentlərinə qarşı əvvələr sizdə allergiya olmuşdursa.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Rovasel hər zaman həkiminizin tövsiyə etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun.

Rovasel ilə müalicə, əgər əvvəllər hər hansı bir statin istifadə etmisinizsə 5 mq doza ilə, əgər əvvəllər başqa bir statin istifadə

etmisinizsə- 5 mq və ya 10 mq doza ilə başlamalısınız.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Preparatın qəbulundan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.Əgər siz hamiləsinizsə və ya hamilə olduğunuzu güman

edirsinizsə Rovasel preparatının istifadəsini dayandırın.Rovasel preparatını qəbul edən qadınlar müvafiq bir qorunma

üsullarından istifadə edərək hamilə qalmaqdan çəkinməlidirlər.Rovasel preparatı ilə müalicə zamanı hamiləlik baş verərsə,

preparatın qəbulunu dərhal dayandırın, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Laktasiya

Rovasel preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.


ƏLAVƏ TƏSİRLƏR :

Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa , Rovasel – in qəbulunu dərhal dayandırın və dərhal həkiminizə

məlumat verin və ya sizə ən yaxın olan xəstəxananın təcili yardım şöbəsinə müraciət edin :

·  Üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinliklə birlikdə və ya şişkinlik olmadan baş verən təngənəfəslik

·  Üzdə, dodaqlarda, dildə və/və ya boğazda şişkinlik və bununla bağlı udmanın çətinləşməsi

   Dəridə səpgi və güclü qaşınma


 
Təsiredici maddə: hər bir örtüklü  tabletin tərkibində 10 mq rosuvastatinə ekvivalent 10.395 mq miqdarda rosuvastatin-kalsium

vardır.

Köməkçi maddə: laktoza monohidrat, mikrokristallik sellüloza, ikiəsaslı kalsium-fosfat,krospovidon, kolloidal silisium dioksid,

maqnezium-stearat, hidroksipropil metilsellüloza, titan dioksid, qiserol triasetat, sarı sanset FCF, ponceau 4R alüminium lak, FD&

C mavi 2.