BRİKEZA

18.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
BRİKEZA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- raxitin müalicəsi və profilaktikası

- osteoporozun profilaktikası

- kalsium mübadiləsinin pozulması

- sınıqlardan sonra reabilitasiya dövrü

- uşaq və yeniyetməlik dövründə intensiv inkişaf dövrü

- idmanla aktiv məşğuliyyət

- qidada kalsium çatışmazlığı

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Siropu yeməkdən 15 – 20 dəqiqə əvvəl daxilə qəbul edirlər.İstifadə etməmişdən qabaq siropu çalxalamaq lazımdır.

6 aydan 1 yaşa qədər uşaqlara – gündə - 1 – 2 dəfə 2.5 ml.

1 yaşdan 2 yaşa qədər uşaqlara – gündə 2 dəfə 5 ml.

3 yaşdan 12 yaşa qədər uşaqlara – gündə 2 dəfə 10 ml.

12 yaşdan yuxarı uşaqlara və böyüklərə - gündə 2 – 3 dəfə 10 ml.

Hamilə və körpə əmizdirən qadınlar – gündə 2 – 3 dəfə 10 ml.

Siropu dozalamaq üçün 2.5 ml, 3ml, 5ml, 7.5ml, 10ml, 15ml – lik şkalaya bölünmüş ölçü stəkanında istifadə olunur.

Müalicə kursu və müalicənin müddəti həkim tərəfindən müəyyən olunur.

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın hər hansı komponentlərinə qarşı yüksək həssaslıq və ya fərdi dözülməzlik.

- hiperkalsiemiya

- hipervitaminoz D
3

- hiperfosfatemiya

- hiperparatireoidizm

- ağır böyrək çatışmazlığı

- 6 yaşa qədər uşaq dövrü

ƏLAVƏ TƏSİRLƏR :

Adətən preparat xəstələr tərəfindən yaxşı mənimsənilir.Uzunmüddətli istifadə zamanı hiperkalsiemiya mümkündür.

HAMİLƏLİK VƏ LAKYASİYA ZAMANI TƏTBİQİ :

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

DOZADAN ARTIQ İSTİFADƏ :

Dozadan artıq istifadə zamanı D hipervitaminozu və hiperkalsiemiya yarana bilər.

 
5 ml siropun tərkibində :

Fəal maddələr : 

D
3 vitamini  99 ME

Kalsium  150 mq

Maqnezium  75 mq

Sink  3 mq

Köməkçi maddələr : susuz dekstroza, mikrokristallik sellüloza, natrium karmelloza, qliserin, kalium  sorbat, polisorbat 80,

"Portağalʺ aromatizatoru, ʺVanil" aromatizatoru, sukraloza, sarı sanset, saxaroza, kristallaşmayan sorbitol məhlulu, təmizlənmiş

su.